13:36 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Texnologiya milyardlar qazandırır

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:37 19.06.2021

 

Varlı olmaq hər kəsin xəyalında əlçatmaz görünərkən texnoloji inkişaf bu arzunu reallaşdırmaq üçün geniş imkanlar yaradır.

Belə ki, “Bloomberg Milyaderlər İndeksi”nə görə dünyanın ən varlı 10 insanından 8-i texnologiyanın nəticəsində buna nail olub. Siyahının ilk pilləsində 188 milyard dollarla “Amazon” onlayn satış saytının qurucusu Ceff Bezos, 2-ci yerdə 172 milyard dollarla İlon Mask, 4-cü yerdə isə 144 milyard dollarlı Bill Geyts qərarlaşıb.

 

İlon Mask, yoxsa Bill Geyts?

 

Son illər iki texnologiya dahisi arasında gedən rəqabətdə insanlar da iki hissəyə bölünüb. Onların bəziləri İlon Maskın, digərləri isə Bill Geytsin texnoloji inkişafa daha çox töhfə verdiyini düşünür. Günümüzün ayrılmaz parçasını təşkil edən kompüterlərin əsas proqram sistemlərindən biri olan “Microsoft”un yaradıcısı Bill Geyts bir zamanlar varlı insanlar arasında ilk sırada yer alarkən İlon Mask öz  ixtiraları ilə onu keçməyi bacardı. Rəqabət bazarına yeniliklərlə daxil olan İ.Mask hər kəsdə təəccüb doğuracaq ilklərə imza atdı. Ən böyük uğurlarından biri elektriklə işləyən avtomobillərin istehsalı oldu. Əsas məqsədlərindən biri isə Marsın koloniyalaşdırılması ideyasını reallaşdırmaqdır.

Hazırda Marsın müxtəlif ərazilərindən görüntülər və səslər əldə etmək üçün bir çox yeni avadanlıqlardan istifadə olunur. 1903-cü ilə qədər elm hesab edirdi ki, səmada yalnız quşlar uça bilər. Sonradan icad edilən hava nəqliyyatları Yer kürəsi və Aydan başqa planetlərdə fəaliyyətlərini həyata keçirməmələri ilə fərqlənsələr də, bu fikri bu yaxınlarda havaya qalxan Mars helikopteri dəyişdi. Marsdan əldə edilən aydın görüntülərdə məhz bu helikopterin böyük payı oldu və bu planetlə bağlı daha dərin fikirlərin formalaşmasına yol açdı.

Yaşadığımız dünyadan kənarda həyatın olması hər nə qədər bizə absurd gəlsə də, Marsa göndərilən raketlər və tədqiqatçılar bunun yaxın gələcəkdə reallaşacağının canlı şahidi olacağımızı deyirlər. Rəqəmsal dünya bəşəriyyəti inanılmaz görünən reallıqlara qovuşduracaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM