02 Oktyabr 2021 00:33
1055
Elm və texnika
A- A+

Texnofest - 2021

 

Türkiyədə təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı olan Texnofest sentyabrın 21-dən qapılarını ziyarətçilərə açıb. 5 gün davam edən və 70-dən çox şirkətin, məktəb və universitetin, eyni zamanda, müxtəlif yaşlı ixtiraçıların qatıldığı festival artıq dördüncü ildir ki, İstanbuldakı Atatürk Beynəlxalq Hava Limanında keçirilir.

Texnofestdə 35 fərqli yarış arasında diqqət çəkənlər kommunikasiya texnologiyaları, insansız sualtı sistemləri, uçan avtomobillər kimi gələcəyin prioritet sahələridir. Sərgidə bir çox yeniliklər ziyarətçilərə təqdim olunub. Türkiyənin ilk turbodizel aviasiya mühərriki də nümayiş etdirilib. Digərlərindən 5 kiloqram yüngül və 55 at gücü daha güclü olan bu mühərrik pilotsuz uçuş aparatları üçün daha sərfəlidir.

Festivalda Azərbaycan məhsullarını görmək ayrıca bir qürurdur. Tədbirdə Azərbaycanın ikiMiQ-29” təyyarəsi, eləcə İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz hava vasitələri sərgilənir. “MiQ-29” təyyarələri İstanbulda təşkil olunan hava şoularında da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video