04 Noyabr 2011 01:11
459
Təhsil
A- A+

TERENA-nın 25 illiyi qeyd olunmuşdur

 

26-27 oktyabr 2011-ci il tarixlərdə Brüsseldə (Belçika) TERENA (Trans-European Research and Education Networking Accociation) Baş Assambleyasının 36-cı toplantısı keçirilmişdir.

Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil etmişdir. Toplantı çərçivəsində təşkilata üzvlük və dəyişikliklər, maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və konfranslar, katibliyin gələcək fəaliyyəti və s. məsələlər müzakirə olunmuş, TERENA-nın yaranmasının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilmişir.

Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-kommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən TERENA 1986-cı ildə fəaliyyətə başlayıb.

TERENA-nın fəaliyyətinin əsas məqsədi assosiasiyaya üzv olan təşkilatların maraqlarını təmsil etməklə elmi məqsədlər üçün istifadə olunan beynəlxalq şəbəkənin təkmilləşdirilməsi məsələlərinin təşkilidir. Qurum digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurur, mütəmadi olaraq beynəlxalq şəbəkənin inkişafı, bu sahədə mövcud problemlərin həlli və s. məsələlərə həsr olunmuş müxtəlif səpkili konfrans və seminarlar təşkil edir. Təşkilatın əsas orqanları Baş Assambleya, İcraiyyə Komitəsi, Texniki Komitə, Texniki Məsləhət Şurası və Katiblikdir.

Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilmişdir. Qeyd edək ki, respublikamızda formalaşan e-Azərbaycanın bir seqmenti olan e-elmin şəbəkə platforması və infrastrukturu AzScienceNet Elm kompyuter şəbəkəsi YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınmışdır. Şəbəkənin istismarı, idarə olunması və inkişafı AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video