25 Sentyabr 2021 11:45
598
CƏMİYYƏT
A- A+

“Təmiz sahillər” devizi altında keçirilən aksiya zamanı 6 hektar ərazi tullantılardan təmizlənib  

 

Beynəlxalq Dəniz Günü və “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Dübəndi sahilində təmizlik aksiyası keçirilib.

“Təmiz sahillər” devizi altında təşkil olunan iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, “AzEkol” şirkətinin nümayəndələri, könüllülər və məktəblilər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, 100-dən çox iştirakçının qatıldığı aksiya zamanı 6 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov bildirib ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

"Ölkəmizdə bu həftə daha çox Xəzər Günü kimi qeyd edilir və bu çərçivədə bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri də bu gün Xəzərin Dübəndi sahilində təşkil edilən təmizlik aksiyasıdır. Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizinin sahilyanı ərazilərinin məişət tullantılarından təmizlənməsi, eyni zamanda, dənizin və sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətin rolunu artırmaqdan ibarətdir. Gənc nəslin nümayəndələrinin bu tədbirdə iştirakını xüsusi qiymətləndirirəm. Aksiya zamanı müşahidə etdik ki, ərazilər daha çox plastik və digər qida tullantıları ilə çirkləndirilib. Bu da vətəndaşların istirahətlərini təşkil edən zaman ətraf mühitin vəziyyətini nəzərə almamasının göstəricisidir. Təəssüf ki, belə hallar rekreasiya əhəmiyyətli sahilyanı ərazilərin çirklənməsinə və antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır. Bugünkü tədbirin də əsas məqsədi bu cür halların qarşısını almaq, maarifləndirməni artırmaqdan ibarətdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin həm qurudan, həm də dənizdən çirklənməsinin qarşısının alınması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Əlif Hacıyev adına elmi tədqiqat gəmisi ilə Xəzər dənizi və onun sahilində fəaliyyət göstərən müəssisə, obyekt, üzən vasitələrdə mütəmadi kompleks monitorinqlər aparılır. Xəzər dənizinin ekoloji vəziyyəti, bioresursları kompleks şəkildə öyrənilir".

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Xəzərin sahilində olan ekoloji tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Səfir təbiəti və ətraf mühiti qorumaq üçün hər kəsin səylərini birləşdirməsinin və birgə çalışmasının vacibliyini qeyd edib.

Ekokönüllü Murad Qurbanov isə qısa müddət ərzində 10-a yaxın çimərlikdə keçirilən təmizlik aksiyalarında iştirak etdiyini deyib: "Bir ildir ki, ekokönüllü kimi fəaliyyət göstərirəm. Müxtəlif tədbirlərdə, o cümlədən belə ekoloji aksiyalarda iştirak etmişəm. Sahillərdə keçirilən aksiyalar zamanı daha çox qida qalıqları, plastik və polietilen tullantılarla qarşılaşırıq. Vətəndaşlara çağırış etmək istəyirəm ki, istirahət etdikləri sahilyanı əraziləri çirkləndirməsin, tullantıları dəniz sahilinə atmasınlar, əksinə belə ekoloji aksiyalara daha fəal qoşulsunlar. Tullantılar dəniz mənzərəsinin gözəlliyinə də xələl gətirir. Sahilyanı əraziləri təmiz saxlamaqla həm yaxşı istirahət edə, həm də mənzərədən mənəvi zövq ala bilərik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video