11 Sentyabr 2021 00:42
929
Elm və texnika
A- A+

Təmassız ödəmə

 

İngiltərənin “McLEAR” şikətinin təqdim etdiyi üzüklər texnologiyanın son yeniliklərindən biridir.

İnsanların yüzilliklər boyu müxtəlif məqsədlər üçün istifadə etdiyi və ən rəngarəng çeşidlər “McLEAR” sayəsində yeni funksiya qazanıb. Belə ki, xüsusi cihaz quraşdırılmış və öz sələflərindən heç nə ilə fərqlənməyən bu üzüklər bir neçə mürəkkəb funksiyanı çox asanlıqla yerinə yetirə bilir. Beləliklə, barmağında bu üzük olan alıcı alış-veriş bitdikdən sonra kassaya yaxınlaşıb ekrana, sadəcə, barmağını yaxınlaşdırır. Bu prosesin bir müsbət cəhəti də odur ki, o, çox sürətlə baş verir və kartı qoymaq üçün pulqabına və ya çantaya ehtiyac qalmır. Onların ödəmə kartlarına nisbətən fiziki davamlılığı da çox yüksəkdir - sınmır, cızılmır, suda korlanmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video