16 Sentyabr 2021 15:04
983
Təhsil
A- A+

Təhsil İnstitutunun direktoru yeni tədris ilində nəzərdə tutulan tədbirlərdən danışıb  

Sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi KİV nümayəndələri üçün “Media və təhsil dialoqu” mövzusunda maarifləndirici təlimə başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər” mövzusunda təqdimatla çıxış edib. O, yeni təhsil proqramları və resursları, müəllimlərin peşəkar inkişafı, yeni metodik vəsaitlər, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları, strateji təhsil tədqiqatları, inkişaf və innovasiya layihələri, inklüziv təhsil layihələri, ümumi təhsildə qiymətləndirmə, fövqəladə vəziyyət şəraitində psixososial dəstək, şagirdlərin öyrənmə ehtiyacları və Təhsil İnstitutu tərəfindən hazırlanan müxtəlif faydalı materiallar haqqında geniş məlumat verib.

Məzmun islahatları barədə söz açan R.Əzizov pilot olaraq sınaqdan keçirilən və kütləvi istifadəyə verilən dərsliklər, Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq çərçivəsində yenilənəcək dərsliklər və təbiət fənninin tədrisinə start verilməsi, habelə məktəbə hazırlıq səviyyəsi üçün nəzərdə tutulan dərsliklər haqqında danışıb. Təbiət fənnini tədris edəcək müəllimlər üçün keçirilən təlimlər, bundan əlavə mütəmadi olaraq müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə təşkil olunan seminarlar qeyd olunub. Həmçinin Təhsil İnstitutu tərəfindən müəllimlərə metodik dəstək göstərilməsi, müxtəlif metodik vəsaitlərin hazırlanması diqqətə çatdırılıb. Şagirdlərin müxtəlif milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr göstərməsi üçün tədqiqatlarda iştirak etməklə yanaşı, sözügedən tədqiqatlara uyğun olaraq tədrisdə məzmun islahatlarının həyata keçirilməsi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video