19 Iyun 2020 02:02
996
Qanunlar
A- A+

“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.55-ci maddədən "Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş” sözləri çıxarılsın;

1.2. 16.1-ci maddənin birinci cümləsindən "məktəbəqədər və ümumi” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 20.2-3-cü maddə əlavə edilsin:

"20.2-3. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.”;

1.4. 21.2-ci maddənin birinci cümləsində "subbakalavr ixtisas dərəcəsinin” sözləri "subbakalavr peşə-ixtisas dərəcəsinin” sözləri ilə əvəz edilsin;

1.5. 24-cü maddə üzrə:

1.5.1. 24.1-ci maddədə "peşə-ixtisas təhsilinin hər hansı pilləsini” sözləri "ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini” sözləri ilə əvəz edilsin;

1.5.2. 24.2.4-cü maddədə "ali təhsil və orta ixtisas” sözləri "ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.5.3. 24.4-cü maddədə "peşə-ixtisas təhsili” sözləri "təhsil” sözü ilə əvəz edilsin;

1.6. 27.1-ci maddədə "Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil” sözləri "Təhsil” sözü ilə əvəz edilsin.

Maddə 2. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903) 1 nömrəli əlavə - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.3-cü maddəyə "peşə” sözündən əvvəl "dövlət peşə təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.2. 5.4-cü maddəyə "orta” sözündən əvvəl "dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.3. 5.5-ci maddəyə "ali” sözündən əvvəl "dövlət ali təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.4. 5.6-cı maddəyə "əlavə” sözündən əvvəl "dövlət əlavə təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video