18:41 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tedros Qebreyesus: pandemiya dünya onu bitirmək qərarına gəldikdə sona çatacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:52 25.10.2021

 

Dünyada tibb də daxil olmaqla, koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi alətlər var, lakin bu imkanlardan düzgün istifadə edilmir. AZƏRTAC xəbər verir ki, bu barədə dünya ictimaiyyətini ilin sonuna qədər bütün ölkələrdə COVID-19 əleyhinə vaksinasiya ilə ən azı 40 faiz əhatə olunmasına nail olmağa çağıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxış edərək, Qebreyesus deyib ki, ona pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı sual çox verilir. "Mənim cavabım: pandemiya dünya onu bitirmək qərarına gəldikdə sona çatacaq. Bu bizim əlimizdədir", - deyə ÜST rəhbəri əlavə edib ki, dünya ictimaiyyətinin, ictimai səhiyyə və tibb sahəsi də daxil olmaqla, “pandemiyaya qalib gəlmək üçün bütün zəruri alətləri var”. "Lakin dünya bu alətlərdən yaxşı istifadə etməyib. Hər həftə təxminən 50 min insan ölür və pandemiyanın bitməsinə hələ çox var. Və bunlar yalnız məlumatları daxil olan ölüm hallarıdır", - deyə Baş direktor qeyd edib.

O, ÜST-nin daha əvvəl elan edildiyi məqsədi xatırladıb: 2021-ci ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40 faizini koronavirusa qarşı peyvənd etmək. Qebreyesus vurğulayıb ki, bu məqsədə "yalnız peyvənd tədarükünə nəzarət edən ölkələrin və şirkətlərin bəyanatları hərəkətləri ilə uyğun gəldiyi təqdirdə” çatmaq olar. O, bütün G20 ölkələri də daxil olmaqla, artıq 40 faiz peyvəndlərlə əhatə olunmaq məqsədinə nail olmuş dövlətləri, beynəlxalq COVAX mexanizminə və vaksinin əldə edilməsi üzrə Afrika Hədəf Qrupuna (AVAT) prioritet qaydada dərmanları tədarük etməyə çağırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM