17:52 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təbiətin yay melodiyası FOTO
ANA SƏHİFƏ / FOTOXRONIKA
14:41 18.06.2021

 

 Dədə Qorqud parkındayıq. Əsrlərin dərinliyindən yaddaşımıza sızan bu müqəddəs adı daşıyan parkda hər gördüyümüz səhnə bir müsiqi notuna bənzəyir. Mənzərələr bir-birini əvəz etdikcə insan ruhuna bağlı görüntülərin harmoniyasını duyursan  və əgər təxəyyülünü qanadlandıra bilsən, təbiətlə insanın vəhdətindən yaranan ecazkar müsiqini eşidəcəksən. Maşınların arxasınca uçan, uşaqların başı üzərində pərvazlanan göyərçinlər, qayıqları qoynuna alıb körpə kimi sinəsinə düzən böyük göl gözlərini oxşayacaq, sənə dinclik, rahatlıq və sevinc bəxş edəcək. 
Əsgər kimi sıralanıb gedən ağacların çətirlərindən birinin altında otursan, özünü təbiətin parçası kimi hiss edəcəksən, zövq alacaqsan. Şəhər mədəniyyətinin, şəhər əxlaqının belə sürətlə dəyişməsi bizə imkan verir ki, Bakıda olsaq belə, özümüzü  İstanbulda, Parisdə, ya da Londandakı qədim parklardan birindəki kimi hiss edək, paytaxtımızla, onun artan gözəllikləri ilə fəxr edək, öyünək. 

Bahadur İMANQULİYEV,
İlham BABAYEV (foto)
“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM