Təbiətə qarşı özbaşınalıq turizmin inkişafını ləngidir, insanları narazı salır
Respublikamızda sahibkarlığa dövlət dəstəyi və qayğısı fonunda turizm biznesi də inkişaf yolundadır. Amma təəssüf ki, yaradılan bu münbit mühitdən, göstərilən etimaddan sui-istifadə edənlərə də rast gəlinir.
Belələrinin daha çox qazanc götürmək hərisliyi turistlərdə mənfi rəy, fikir formalaşdırır, ümumiyyətlə, insanları narazı salır. Bəzi sahibkarlar unudurlar ki, narazı turist nəinki növbəti dəfə özü ora gələcək, həm də internet vasitəsilə onun yaydığı rəy başqalarını da bundan çəkindirəcək. Digər tərəfdən, hər bir təşəbbüs və ya fəaliyyət qanunvericiliyə, hüquqi norma və prinsiplərə, nəhayət, mənəvi etiketə uyğun gəlməlidir. İndi özünüz deyin, şəkildə gördüyünüz bu “mənzərə” nə dərəcədə qanuni və xoşdur? Kim sahibkara ixtiyar verib ki, şəlalənin önünü kəssin, orada “hovuz” yaratsın, üstündən dar “cığır” salsın və bura keçidi pullu etsin?
Oğuzun Xalxal kəndi ərazisindəki bu gözəl təbii şəlaləni görməyə gələn yerli və əcnəbi turist çox olur. Xüsusilə də qızmar yay aylarında. Ərazidə fəaliyyət göstərən sahibkar diqqətdən qaçırıb ki, insanlar bura təbiətin təqdim etdiyi gözəllikləri - şəlalə və meşəni görməyə, bunlardan zövq almağa, sərinləməyə, bir sözlə, təbiətlə birbaşa təmasa gəlir. Sahibkarlar yalnız bu fonda əlavə nə isə xidmət təklif edib, qazanc götürə bilər, daha təbiəti “özəlləşdirib” buna görə haqq almaqla yox! Əvvəla, gəlib-gedənin çox olmasına baxmayaraq, bura qədər yolun son bir neçə yüz metri bərbad vəziyyətdədir. Avtomobillərin saxlanılması üçün heç bir şərait yaradılmayıb. Amma əvəzində avtomobil sahiblərinin hər birindən 1 manat haqq tələb olunur.
Şəlalənin töküldüyü yerə də müdaxilə edilib, “biznes” (əslində, haqsız qazanc) marağına “uyğun”laşdırılıb: şəlaləyə yaxınlaşmağa görə məzənnə müəyyənləşdirilib, hətta insanlara “qiymət” də biçilib: buraya bir adam 1 manata buraxılır. Bu “unikal” xidmətlər üçün alınan pula görə də kassa çeki təqdim olunmur. Deməli, həm də hesab-uçotdan gizlədilir...
Qəzet vasitəsilə əlaqədar orqanlara, xüsusilə Mədəniyyət və Turizm Nazirliyinin diqqətinə çatdırmaq istəyirik ki, belə neqativ hallar turizmin inkişafını ləngitməklə yanaşı, ölkəmiz haqqında rəyə mənfi təsir göstərir. Elə bu səbəblərdən yerli turistlər də xaricə yönəlir. Halbuki, Azərbaycan bütün sahələr üzrə yaxın ölkələrdən qat-qat artıq turizm perspektivinə malikdir.
Elxan ELDAROĞLU,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
HƏMAS lideri İranın Baş Qərargah rəisi ilə görüşüb
29 Mart
Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq
29 Mart
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
29 Mart
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!