18 Iyul 2021 01:52
917
CƏMİYYƏT
A- A+

TASS və Trend agentliklərinin birgə layihəsi olan eastweststream.com  portalının təqdimatı keçirilib

 

Platformanın məqsədi regionda gedən prosesləri hərtərəfli işıqlandırmaq, Şərq və Qərbdən informasiya axınını təmin etməkdir

 

Heydər Əliyev Mərkəzində Rusiyanın TASS və Azərbaycanın Trend informasiya agentliklərinin birgə layihəsi olan https://eastweststream.com/ portalının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, platformanın məqsədi regionda baş verən hadisələr barədə analitik məlumatlar, iqtisadi sahələri əhatə edən xəbərlər yaymaq, Şərq və Qərbdən informasiya axınını təmin etməkdir. Portal həmçinin geosiyasi proseslər, eləcə də enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu və siyasi həyatı barədə etibarlı xəbər mənbəyi kimi çıxış edəcək.

Təqdimat mərasimində çıxış edən Mixail Qusman bildirib ki, Azərbaycanda qədim ənənələrə malik olan jurnalistika daim dəqiqliyi ilə seçilib. “Azərbaycanda rus dilinə həmişə böyük önəm verilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Yeni platforma Rusiya və Azərbaycan mediasının perspektivli layihələrindən biridir”, - deyə o qeyd edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanın və Rusiyanın informasiya bazarının iki nüfuzlu media subyektinin bir araya gələrək təqdim etdiyi “Eastweststream” platforması dünyanın siyasi və biznes elitasının diqqətini cəlb etməklə yanaşı, region haqqında yalnız operativ deyil, həmçinin mötəbər informasiya qaynağı olacaq: “Şübhə etmirik ki, bu platforma Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılaya biləcək”.

Tədbirdə həmçinin TASS agentliyinin baş direktorunun müavini Mixail Kolmıkov, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputatı Nizami Səfərov, CBC televiziyasının rəhbəri Vüqar Xəlilov, Real TV-nin direktoru Mirşahin Ağayev və Trend agentliyinin baş direktorunun müavini Emin Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu illər ərzində Azərbaycanda dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş media sektoru da sürətlə inkişaf edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın medianın inkişafına yönəlik addımları milli mətbuat ənənələrinə söykənən, müasir çağırışlarla ayaqlaşan media strukturlarının informasiya məkanına çıxmasına əlverişli şərait yaradıb. Azərbaycan mediasının qlobal media bazarına inteqrasiyası məhz Prezident İlham Əliyevin jurnalistikanın inkişafına həssas münasibəti nəticəsində mümkün olub. Bu gün təqdimatı keçirilən layihə də media sahəsində aparılan uğurlu dövlət siyasətinin daha bir təzahürüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video