04:46 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Tarixi öz qanımla yazacağam” deyən şəhid kəşfiyyatçı

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:50 31.07.2021

 

Şəhid Famil Pirvələdov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Hadrut cəbhələrində qəhrəmanlıqla döyüşüb. Qorxmaz döyüşçü göstərdiyi şücaətə görə, ölümündən sonra üç medalla təltif edilib.

AZƏRTAC xəbər verir ki, Famil Teyfur oğlu Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Famil evin sonbeşiyi idi. Uşaq yaşlarından torpağa, Vətənə bağlı olan Famil arzusunda olduğu hərbçi peşəsinə yiyələnib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Vətən müharibəsinin ilk günlərindən həmlə qruplarında yer alır. Qusarlı kəşfiyyatçı Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən əməliyyatlarda düşmənə qan uddurub.

“Famil Füzulinin Seyidəhmədli kəndində şəhid olub. Onun nəşini 10 gün döyüş gedən ərazidən çıxarmaq mümkün olmayıb. Oktyabrın 31-də dəfn etmişik. Bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm. Oğlumla fəxr edirəm”, - deyə şəhidin atası Teyfur Pirvələdov söyləyib.

Famil Vətən müharibəsi başlamazdan əvvəl evə gəlib, ailəsi ilə halallaşaraq bir neçə aylıq təlimlərə gedəcəyini deyib.

“Arzusu hərbçi olmaq idi. Qardaşı müəllimdir. Famil də yaxşı oxuyurdu. Amma hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Məktəb vaxtı sinif yoldaşlarının “Xatirə” dəftərlərində də hərbçi olacağını qeyd edib. Vətən müharibəsindən əvvəl, avqust ayında məzuniyyətə gəlmişdi 10 günlük. Bir dəfə nə isə yazı yazırdı. Mən də ona dedim ki, tarixi də qeyd elə. Famil gülərək cavab verdi ki, ana, mən tarixi qanımla yazacağam. Müharibə başlayandan sonra da əlaqə saxlayırdıq. Sonuncu dəfə oktyabrın 8-i danışdıq. Səhər tezdən zəng etmişdi. Bildirdi ki, düşmənin üzərinə gedirik. Füzulidə şiddətli döyüşlərdə iştirak edib. Həmin döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb”, - deyə Familin anası Səmayə Pirvələdova söyləyib.

Famil qardaşı ilə danışanda düşmənin döyüş texnikalarını, silah-sursatını qoyub qaçdığını, erməni hərbçilərinin müdafiə mövqelərini yarıb irəlilədiklərini, qələbənin yaxınlaşdığını söyləyib.

“Famil cəsur, qorxmaz döyüşçü olub. Onunla danışanda dedim ki, könüllü yazılıb cəbhəyə gəlməyə hazırlaşıram. O isə gülərək cavab verdi ki, ehtiyac yoxdur, sən gələnədək torpaqlarımızı düşməndən tamamilə azad edəcəyik”, - deyə şəhidin qardaşı Zamiq Pirəliyev söyləyib. Azərbaycan Ordusunun kiçik çavuşu Famil Pirvələdov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM