15:06 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarix yazan xalq

ANA SƏHİFƏ / SİYASƏT
01:45 28.09.2021

 

Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə müzəffər xalq kimi yazdırırlar. Qürurverici haldır ki, XXI əsrdə döyüş meydanında işğalçını cəzalandıraraq torpaqlarını 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən xilas edən Azərbaycan xalqı tarix yazıb və öz adını tarixə silinməz izlərlə - əbədi yazdırıb. 27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində vurğuladı ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir və bu qələbə tarixdə əbədi qalacaq. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq, birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi.

Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu, eyni zamanda xalqımızın milli qürurunun, milli ləyaqətinin bərpası oldu. Azərbaycan dövləti eyni zamanda “münaqişənin hərbi həlli yoxdur” deyən dairələrin, ikili standartlara əsaslananların, qərəzli mövqe ortaya qoyanların, ermənipərəst dairələrin siyasətini iflasa uğratdı. Dəfələrlə “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”,- deyə qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin dəmir məntiqi, xalqımızın həmrəyliyinin, dövlətimizin qüdrətinin ifadəsi olan “Dəmir yumruq” öz sözünü dedi: Azərbaycan uzun illər BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasına öz gücü ilə nail oldu. Ölkəmiz bütün dünyaya haqlının güclü olduğunu, xalq-lider birliyinin ədalətin bərpasına və təntənəsinə gec-tez müvəffəq olacağını sübut etdi.

Xalqa müraciətində Prezident böyük zəfəri belə qiymətləndirdi: “Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 27 Sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu, xalqımızın həmrəyliyinin ifadəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Vətən övladlarına ali ehtiramın bariz nümunəsi, əyani ifadəsidir. Vətən yolunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəmanlarımızla qürur duyuruq.

Əminliklə söyləmək olar ki, dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq, yeni zirvələr fəth edəcəyik. Azərbaycan xalqı bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

Prezident İlham Əliyevin söylədiyi kimi, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları yenidən qurub gülüstana çevirəcəyik.

Yaşasın güclü Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM