15 Iyul 2021 18:54
731
DÜNYA
A- A+

Tailandda COVID-19 səbəbindən ölüm sayında antirekord qeydə alınıb

 

Hazırda pandemiyanın ən ağır dalğasının müşahidə olunduğu Tailandda ötən sutka COVID-19 virusuna 9 min 186 yoluxma, bu infeksiya səbəbindən 98 ölüm qeydə alınıb.

AZƏRTAC Tailandın İctimai Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün qeydə alınan ölüm sayı pandemiya dövründə ölkənin sutkalıq antirekord göstəricisidir. Ümumiyyətlə, COVID-19 səbəbindən ölkə üzrə ölüm hallarının 95 faizi pandemiyanın apreldə başlayan sonuncu dalğasında qeydə alınıb. Tailandda yeni növ koronavirusun daha təhlükəli “delta” ştamının yayılması ilə son 7 gündür ölkədə sutkalıq yoluxma sayı 8 mindən çox olur.

Hökumət yoluxmaların sayını azaltmaq üçün karantin rejimini sərtləşdirib. Ölkənin müxtəlif bölgələri epidemik vəziyyətdən asılı olaraq 4 zonaya – “tünd qırmızı”, “qırmızı”, “çəhrayı” və “sarı” zonalara bölünərək, fərqli karantin tədbirlərinin tətbiqinə başlanılıb. Yoluxmaların daha çox aşkarlandığı paytaxt Banqkokun da daxil olduğu “Tünd qırmızı” zonada səhər saat 9:00-dan 16:00-dək “evdə qal” rejimi tətbiq olunur, saat 8-dən 15:00-dək market və gündəlik tələbat malları mağazalarının fəaliyyəti, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, 5 nəfərdən çox insanın toplaşması, ticarət mərkəzlərinin, gözəllik salonlarının fəaliyyəti, şəhərlərarası səyahətlər məhdudlaşdırılıb. Bunun üçün “tünd qırmızı” zonaya aid olan yaşayış məntəqələrində giriş-çıxışa nəzarət etmək üçün polis postları quraşdırılıb. Dövlət qurumlarına və özəl müəssisələrə tövsiyə olunub ki, əməkdaşların əksəriyyəti evdən işləsin. Digər zonalarda isə nisbətən yüngül karantin tədbirləri tətbiq olunacaq.

Qeyd edək ki, Tailandda aprelin əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı çoxalır. Virusun “delta” ştamı ölkədə sürətlə yayılır. Operativ qərargah yaxın günlərdə sutkalıq yoluxma sayının 10 mini ötəcəyini proqnozlaşdırıb. Hökumət bu səbəbdən mobil xəstəxanaların və müvəqqəti karantin mərkəzlərinin inşasına başlayıb. Təkcə paytaxtda 20 müvəqqəti özünütəcrid mərkəzi fəaliyyət göstərəcək.

Turizm ölkəsi kimi tanınan Tailand oktyabrın ortasında xarici ölkələrlə gediş-gəlişi tam açmağı planlaşdırıb. Artıq Puket adasında xarici turistlərin qəbuluna başlanılıb. Turistlərdən COVID-19 pasportu və ya koronavirus testinin neqativ nəticəsi tələb olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video