15 May 2016 12:05
876
Oxucu məktubları
A- A+

Suyumuza çirkab sular qarışır, lakin tədbir görən yoxdur

 

Son illər respublikamızın digər bölgələri kimi, Gəncənin də siması başdan-başa dəyişib. Yeni salınmış park və xiyabanlar, rahat küçə və prospektlər, yaraşıqlı yaşayış binaları əhalini məmnun edir.

Hazırda şəhərin infrastrukturu da yenilənir: qaz, işıq və su təchizatındakı problemlərin aradan qaldırılması üçün böyük layihələr həyata keçirilir. Amma elə problemlər olur ki, onların həlli təxirəsalınmaz təcili müdaxilə tələb edir. 

20 gündən artıqdır ki, həyətimizə gələn sudan istifadə edə bilmirik. Çünki kanalizasiya suları həmin su xəttinə qarışdığından səhhətimiz üçün təhlükə yaranıb. Dəfələrlə Gəncə Şəhər Su-Kanal Törəmə Müəssisəsinə gedib bu barədə məlumat verib əncam çəkmələrini xahiş etmişik. Hər dəfə də “gedin tədbir görəcəyik” - deyib bizi yola salırlar. Lakin vəziyyət dəyişmir. Məcbur olub suyu maşınla alırıq. Bu da büdcəmizə xeyli ziyan vurur.

Hörmətli redaksiya! Xahiş edirik bizə bu problemin həllində kömək göstərəsiniz.

 

Solmaz BAĞIROVA,

Nəriman HÜSEYNOV,

Amaliya ƏZİZOVA,

Nigar RÜSTƏMOVA

Gəncə şəhəri, Pərviz Səmədov küçəsi 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video