25 Mart 2021 16:07
636
DÜNYA
A- A+

Süveyş kanalı yenidən bağlanıb

 

Misirin Süveyş Kanalı İdarəsi bildirib ki, iki gün əvvəl kanalın bağlanmasına səbəb olan “Ever Given” karqo gəmisində yüklərin boşaldılmasına başlanılıb.

AZƏRTAC “Əhram” qəzetinə istinadla xəbər verir ki, nəhəng – 400 metr uzunluğu və 59 metr eni olan bu yük gəmisində Çindən Niderlanda göndərilən 224 min ton quru yük var. Yükün boşaldılması müddətində Süveyş kanalı gəmi və neft tankerlərinin hərəkəti üçün bağlı olacaq.

Süveyş kanalının bağlanması Misirin Port-Səid limanında da gərginlik yaradıb. Aralıq dənizindən Qırmızı dənizə yük daşıyan gəmilərin 151 kilometr məsafədə tıxac yaratdıqları bildirilir. Kanalda problem yaradan gəmidən yüklərin boşaldılması Misir ərazisində qum fırtınası səbəbindən ləngiyir və rəsmilər bu prosesin bir neçə gün davam edəcəyini qeyd ediblər.

Süveyş kanalının bağlanması nəticəsində qlobal neft bazarında qiymətlər 5 faizə yaxın bahalaşıb. CNN telekanalı məlumat verib ki, kanalda artıq 100-dən çox gəmi və tanker keçid üçün növbə gözləyir. Süveyş kanalı Avropa ilə Asiya arasında yüklərin tez çatdırılmasını təmin edən ən əlverişli marşrutdur və qlobal ticarətin 12 faizi onun vasitəsilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video