28 Noyabr 2021 00:22
496
CƏMİYYƏT
A- A+

Şuşaya az qalmış ömrünü başa vurdu

 

Qarabağı qarış-qarış gəzmək, onun düşməndən azad edilməsində iştirak etmək arzusu ilə yaşayanlardan biri də o idi - Neftçalada dünyaya  göz açan Pərviz Həsən oğlu Məmmədli. Şuşaya üçrəngli bayrağı sancmaq uğrunda ölümün  üstünə şığıyanlardan biri kimi tanıtmışdı özünü...

Arzuları və cəsurluğu, vətənpərvərliyi ilə yaddaşlarda yaşayan şəhid, kiçik gizir Pərviz Məmmədli 1996-cı il martın 30-da Neftçalada anadan olmuşdu. 2002-ci ildə E.Həbibov adına 4 saylı orta məktəbin 1-ci sinfinə  getsə də, 5-ci sinfi Neftçala Humanitar Təmayüllü Muğan Liseyində, 6-8-ci sinifləri isə Bakıdakı Respublika Olimpiya İdman Liseyində davam etdirmişdi. Boks üzrə seçilən idmançılardan olmuşdu. Liseydə xeyli nailiyyət qazanmışdı.

Pərviz 2014-cü ildə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “N” saylı hərbi hissədə xidmətə başlayır. Rabitə bölüyündə baş rabitəçi vəzifəsini icra edir. Bir müddət sonra Qusardakı “N” saylı hərbi hissəyə ezam olunur.

Nümunəvi xidməti komandirləri tərəfindən diqqəti cəlb edir. Bir ildən sonra onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna yollayırlar. Kursu müvəffəqiyyətlə başa vurduğuna görə, Türkiyə Özəl Qüvvələri Komandirliyi tərəfindən xüsusi hədiyyəyə layiq görülür. Pərviz Cəlilabad rayonundakı “N” saylı hərbi hissədə xidmətini davam etdirir.

 2016-cı ilin Aprel döyüşlərinə qatılan cəsur döyüşçü daim önə can atdığına görə düşmən hədəfindən yayınmır: snayperlə sol bud nahiyyəsindən vurularaq ağır yaralanır. Müharibə veteranı adı alsa da, 2020-ci ildə təlimlərdə yaxından iştirak edir. Dağçılıq, amfibiya (dənizçilik) təlimlərində də nailiyyətlər  qazanır.

2018-ci ildə Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi ilə əlaqədar  “100 illik yubiley” medalı ilə təltif olunur. Pərviz bir müddət Gəncə hərbi hospitalında  müalicə alır və 2 dəfə əməliyyat olunur.

2019-cu ildə ailə həyatı quran Pərvizin Miray adlı övladı dünyaya gəlir...

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə XTQ-nin tərkibində yollananlardan biri də Pərviz olur. Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Xankəndi və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına döyüşür. O, 2020-ci il oktyabrın 24-də, Şuşaya 5 kilometr qalmış snayper gülləsiylə ürəyindən vurularaq şəhidlik zirvəsinə ucalır.

Şuşaya ilk bayraq sancmaq istəyən igid döyüşçümüz doğma Neftçalada dəfn olunub. Pərviz Məmmədli şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub.

 

M.NƏRİMANOĞLU,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video