22:59 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:50 19.09.2021

 

Sentyabrın 18-də şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarına növbəti səfəri təşkil edilib.

Şuşalılar 30 ilə yaxındır Şuşaya gəlmək həsrəti ilə yaşayırdılar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Şuşa şəhərini işğaldan azad edilməsi ilə bu həsrətə son qoyuldu. Doğma şəhərin sakinləri Şuşanın tezliklə dirçəlməsinin, yenidən qurulmasının şahidi olacaqlar.

Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, Şuşanın mərkəzi meydanında Üzeyir bəy Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.

Sonra şuşalılar ilk dəfə Şuşada keçirilən Üzeyir bəy Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertə baxıblar.

 

AZƏRTAC

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM