Sürücülərin diqqəti yalnız yolda olmalıdır
Yay - tətillər, məzuniyyət, səyahət, istirahət dövrü yaxınlaşır. Bir qədər sonra yollarda, xüsusilə turizm zonalarında avtomobil hərəkəti xeyli intensivləşəcək. Öncədən tətillərini, istirahətlərini planlaşdıranlar həm də təhlükəsizlik haqqında qabaqcadan düşünməlidirlər...
Azərbaycan hər anlamda həqiqətən də gözəldir. Təbiətimiz ecazkar, insanlarımız qonaqsevərdir. Regionların inkişafı da göz qabağındadır. İnfrastrukturun yenilənməsi, eyni zamanda yeni yolların çəkilməsi, ehtiyac olan yerlərdə əsaslı təmir-abadlıq layihələrinin həyata keçirilməsi keyfiyyəti, həyat səviyyəsini və tələbatı yüksəldib. İndi xaricdən gələn də çoxdur, respublika daxilində istirahətə üstünlük verənlər də.
Bu yaxınlarda Qəbələ-Balakən-Şəki istiqamətində qısamüddətli səyahətə çıxmışdım. Sadaladıqlarımla yanaşı yollarda diqqətimi bir neçə məqam çəkdi. Əvvəla onu deyim ki, respublika əhəmiyyətli yollar, avtomagistrallarla yanaşı, rayonlararası avtomobil yolları da kifayət qədər keyfiyyətli vəziyyətə gətirilib. Qəbələ ilə Oğuz arasındakı yol da hamar və rahatdır. Qəzaya səbəb ola biləcək kənar amillərlə əlaqəli təhlükə olmasa da, bu yol boyu 4-5 yerdə ağaclara bağlanmış qırmızı lentlər burada ölümlə nəticələnən qəzalardan xəbər verirdi... Heyrətlənməmək və təəssüflənməmək olmur - bu cür gözəl, hər tərəfi çoxəsrlik ağaclarla zəngin yolda ağır qəza yalnız sürücü məsuliyyətsizliyi nəticəsində baş verə bilər. Ağaclar yoldan bir neçə metr aralıdadır, bir çoxunun da gövdəsinə işıq əksediciləri vurulub. Yolun xətləri, çiyni də çəkilib. Yəni hərəkət hissəsində, zolaqlarla sürət limiti çərçivəsində və təhlükəsizlik tədbirlərinə əməl etməklə gedən avtomobil burada qəza törətməz... Amma qaydalara əməl etməyənlərin ucbatındandır ki, yolda həlak olanlar hələ də çoxdur.
Sürücülər unutmamalıdırlar ki, avtomobil bu yol ətrafındakı yoğun gövdəli ağaclara sürətlə çırpılacağı təqdirdə onun heç yarpağı da tərpənməyəcək. Bu zaman avtomobilin salonundakı insanlarsa çox ciddi fiziki təsirə məruz qalacaqlar. Belə şəraitdə aşağı sanılan sürət belə can ala bilər.
Bu yolda təhlükəsizliyə birbaşa aidiyyəti olmasa da, bir başqa məqam da diqqət çəkir: yol boyu lüzumlu-lüzumsuz yol-hərəkət nişanları düzülüb. Sanki bolluğa düşülüb. Amma bu hal sürücülərin diqqətini yoldan ayırır, daim tələbləri dəyişən nişanların izlənməsinə yönəldir. Yolda sürət limiti 60, 70 və 90 olaraq tez-tez dəyişir. Nə vacibdir sürət limitini bu qədər “oynatmaq”? Əgər bu yolda tez-tez ağır qəza baş verirsə, tək bir, özü də aşağı orta sürət limiti tətbiq etmək olmaz?
O da maraqlıdır ki, qeyd olunan yol üzərində nişanlar qəribə sxemlə düzülüb. Məsələn, ağ fonda yaşayış məntəqəsini göstərən nişanlardan cəmi 50 metr öndə və ya sonra 60 sürət limitini göstərən nişanlar quraşdırılıb. Buna nə ehtiyac var ki? Ağ fonlu yaşayış məntəqəsi nişanının tələbinə görə, onun təsir zonasında sürət limiti onsuz da 60-dır. Digər diqqətçəkən detal ondan ibarətdir ki, sürət limiti nişanlarından yenə də çox qısa məsafədə yol kəsişməsini göstərən nişanlar var. Yəni faktiki olaraq qaydalara görə, sürət nişanının təsir zonası bu nişanlara qədər olur. Halbuki yaşayış məntəqəsinin başlanğıcını göstərən ağ fonlu nişanın tələbi yaşayış məntəqəsinin sonunu göstərən nişana qədər qüvvədədir.
Turan ELXANOĞLU,
Bakı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayı
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində mara...
24 Aprel
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...
24 Aprel
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
24 Aprel
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
24 Aprel
Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlar...
24 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasim...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!