10:38 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Süni qiymət artımına qarşı görülən tədbirlər ürəyimizdəndir
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:09 25.09.2016

 

Bilmirəm nəyə görəsə, hər il müqəddəs Qurban bayramı gələndə bazarlarda satılan ət və kənd təsərrüfatı məhsullarının qiyməti həddindən artıq bahalaşır. Söz yox ki, bunu bəzi möhtəkirlər edirlər. Lakin hökumətin bu süni qiymət artımı ilə bağlı gördüyü tədbirlər öz səmərəsini verir.

Hörmətli redaksiya!

Bu dəfə də belə bir halla rastlaşdıq. Lakin rayonumuzda açılan bayram yarmarkası bütün bunlara son qoydu. İndi sərbəst şəkildə həmin yarmarkaya gedib, istədiyimiz kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən 30-40 faiz ucuz alırıq. İndi bu yarmarkada ətin qiyməti 6 manat 50 qəpik, meyvə və tərəvəzin hər birinin qiyməti 1 manatdan yuxarı deyil. Təklif olunan məhsulların keyfiyyəti də qənaətbəxşdir. Bizə bu şəraiti yaradanlara minnətdarlığımızı bildirməklə yanaşı, belə yarmarkaların ölkə böyu bütün rayon və şəhərlərdə, özü də  çox sayda təşkil olunmasını arzu edirirk.

 

Murad İBRAHİMOV,

Şəmkir rayon sakini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM