11:37 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binası istifadəyə verilib
ANA SƏHİFƏ / TƏHSIL
16:28 20.09.2021

 

Sentyabrın 20-də Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Arzu Alızadə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhəri üzrə 2020-2021-ci tədris ilində əldə edilən yüksək nəticələri iştirakçıların diqqətinə çatdırıb.

Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə məktəb infrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından söz açıb.

Bildirilib ki, yeni tikilmiş məktəb 1800 şagird yerlikdir. 73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Məktəbdə 112 nəfər pedaqoji işçi fəaliyyət göstərir. Yeni tədris ilində 2500-ə yaxın şagird sözügedən məktəbdə təhsil alacaq.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM