11:45 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sumqayıt keçmiş statusunu çoxdan dəyişib

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 23.09.2021

 

İndi şəhərdə ekoloji cəhətdən təmiz, müasir sənaye müəssisələri fəaliyyət göstərir

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi kurs 18 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir. Şəhər və rayonlarımızda bunun nəticələrini aydın görmək olur. Bu sırada Sumqayıtın da xüsusi yeri var. 72 il əvvəl təvəllüd tapmış şəhərimiz bu illər ərzində böyük inkişaf yolu keçmiş və Cənubi Qafqazın sənaye mərkəzlərindən birinə çevrilmişdir. 

Heydər Əliyevin arzularının və əməllərinin reallaşdığı Sumqayıt indi özünün yeni inkişaf mərhələsini yaşayır. Sənaye ənənələrinin davamı olaraq şəhərdə müasir texnologiyalara malik istehsal kompleksləri yaradılır. Artıq Sumqayıtda demək olar ki, köhnə istehsalat sahələri qalmamışdır. Onların əvəzinə Sumqayıt Texnologiyalar və Sumqayıt Kimya Sənaye parklarında onlarca müasir müəssisə fəaliyyət göstərir. Bu cür parkların yaradılması, ilk növbədə, istehsalın genişlənməsinə, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının artmasına imkan verir.

Cənubi Qafqazda ən böyük, Azərbaycanda isə ilk olan Sumqayıt Kimya Sənaye Parkında hazırda 24 sahibkarlıq subyekti üçün münbit şərait yaradılmışdır. 17 rezidentin fəaliyyət göstərdiyi parkda 5500-dək insan işlə təmin olunmuşdur. Amma bu, son deyil, növbəti mərhələdə parkda daha 7 rezidentin - yun ipliklər və təmiz yun istehsalı, məmulatların (datanın) emalı, baytarlıq preparatlarının və yem əlavələrinin istehsalı, qablaşdırma məhsullarının istehsalı, şüşə tara məhsullarının, sulfat turşusunun istehsalı və polimer materialların emalı layihələrinin istismara verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci il dekabrın 21-də imzaladığı sərəncamla yaradılmış bu sənaye parkında hazırda ümumi investisiyaların həcmi 3,2 milyard ABŞ dollarına çatmışdır. Nəticədə burada məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin birinci yarısında sənaye parkının rezidentləri tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin eyni dövründə bu göstərici 794 milyon manat olmuşdur. Başqa bir fakt: 2020-ci ilin ilk 6 ayında park üzrə 182 milyon manatlıq məhsul ixrac edilmişdisə, bu ilin ilk yarısında ixracın dəyəri 267 milyon manata çatmışdır. Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada, İsrail, İspaniya və s. kimi ölkələrə ixrac edilmişdir.

Pandemiya şəraitinə baxmayaraq son iki ildə Kimya Sənaye Parkında bir neçə yeni müəssisə istifadəyə verilmişdir. 2020-ci il aprelin 6-da “Bakı Tekstil fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi və bu günlər istismara verilən “Azmonbat” zavodu Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb.

“Azmonbat”da qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılır və nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunur. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu zavodda istehsal edilən məhsulların daxili bazardan başqa, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkında Karbamid zavodu və “SOCAR Polymer” layihələrinin icrası nəticəsində karbohidrogen ehtiyatlarına söykənən yeni məhsullar istehsal olunur. Bu zaman neft və qaz xammal kimi deyil, daha dəyərli məhsula çevrilərək satışa göndərilir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda yaradılan sənaye müəssisələri əsasən qeyri-neft sektorunun inkişafına yönəlir.

Sözsüz ki, Sumqayıtda yeni müasir texnologiyalara söykənən müəssisələrin yaradılması şəhərin enerjiyə olan tələbatını artırır və görülən tədbirlər sayəsində həmin tələbat ödənilir. Belə tədbirlərdən biri də gücü 525 meqavat olan “Sumqayıt” Elektrik Stansiyasının şəhərin 60 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilməsidir. Müəssisə bu gün şəhərin və Abşeron yarımadasının enerji təhlükəsizliyində önəmli rol oynayır.

Ümumiyyətlə, ölkəmizdə enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, potensialının artırılması, yeni stansiya və yarımstansiyaların inşaası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm layihələr icra olunur. Dövlət başçısının tapşırığına əsasən, 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması bu istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Məlum olduğu kimi, bu proqramın icrası çərçivəsində tədbirlər görülməsəydi, 2019-cu və 2020-ci illərin yayında artan tələbatın, həmçinin Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerjisistemdə problemlər yarana bilərdi.

Söz düşmüşkən. Son illər Xəzər dənizində suyun səviyyəsinin 1,7 metrə qədər aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasının soyutma suyu ilə təminatında ciddi problem yaratmaqla yanaşı, avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Hətta bu səbəbdən il ərzində bir neçə dəfə qəza açılmaları baş vermişdi. Məhz Reabilitasiya Proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunmuş, stansiyanın mövcud su nasos stansiyası yenidən qurulmuşdur. Aparılan bu işlər stansiyanın etibarlı və səmərəli fəaliyyətini təmin etmişdir.

 

Sübhan QULİYEV,

“Sumqayıt” qəzetinin baş redaktoru

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM