05 Iyun 2021 00:34
1211
Mədəniyyət
A- A+

Sumqayıt Dövlət Dram Teatrından daha bir layihə

 

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti dövlət başçısının 2021-ci ilin dahi mütəfəkkir şair “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar “Nizami Gəncəvi - 880” tədbirləri çərçivəsində pandemiya qaydalarına əməl etməklə daha bir layihə hazırlayıb.

Mətnin müəllifi və quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov mütəfəkkir şairin “İsgəndərnamə” poemasında önəmli yer alan, didaktik əhəmiyyət kəsb edən İsgəndərlə Nüşabənin hekayətini videoformatda təqdim edir. Teatrın bir qrup yaradıcı və texniki heyətinin böyük səyi nəticəsində ərsəyə gələn layihədə aktyorlar Sevda Hüseynova, Kamran Muradlı və Aynur Hümmətova maraqlı oyun nümayiş etdirirlər.

Layihənin rəhbəri Əməkdar artist Mübariz Həmidov, montajçı Fuad Kazımov, rəssam Arif Müzəffərov və səs rejissoru Famil Ağalıdır. Hekayətin vizual həlli, musiqi tərtibatı və digər texniki göstəricilərin peşəkar səviyyədə işlənməsi müəllif qayəsinin, rejissor ideyasının açılmasına təkan verir. 9 əsrlik bir zaman keçidinin müasir izi, sənətkarın cahanşümul kəlamları dinləyicini məftun edir.

Qeyd edək ki, “Nizami Gəncəvi ili” çərçivəsində ustadın digər sənət əsərlərinə də müraciət ediləcək.

 

Akif  ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video