18:53 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sumqayıt azot gübrəsi - karbamid zavodunun təməlqoyma mərasimi olmuşdur
ANA SƏHİFƏ / SƏFƏRLƏR
03:12 20.12.2011

 

Dekabrın 19-da Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin azot gübrəsi - karbamid zavodunun təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət başçısı zavodun sxemini və burada inşa olunacaq binaların eskiz layihələrini əks etdirən stendlərə baxdı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlət başçısına məlumat verdi ki, ölkəmizdə karbamid zavodunun inşası layihəsi "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən hazırlanmışdır. Zavodun tikintisi üçün "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan ərazidə 24 hektar torpaq sahəsi ayrılmışdır. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illərdə həyata keçiriləcəkdir. Zavod ammonyak, maye karbamid və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaqdır. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaqdır. 

Dövlət başçısının diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsi istiqamətində qısa müddətdə müvafiq tədbirlər görülmüşdür. Ərazi Dövlət Neft Şirkətinin müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənmiş, burada mövcud olan yararsız köhnə obyekt sökülmüş, yollar çəkilmiş, ətrafda abadlıq işləri görülmüşdür.

Bildirildi ki, zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaqdır.

Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, düyməni basaraq beton qarışığı tökən qurğunu işə saldı.

Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM