11:22 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sultan anasını sağaldan şəfa

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:20 02.05.2021

 

Əsrlərdən bugünümüzə qədər Türkiyədə sevilərək istifadə edilən Osmanlı məcunu əsl təbii dərmandır. Xəstəliklərə qarşı inanılmaz faydalı olan bu təbii dərmanın yaranma tarixi də çox maraqlıdır. Belə ki, Yavuz Sultan Səlimin həyat yoldaşı Ayşə Hafsa Sultanın xəstələnməsinə görə Qanuni Sultan Süleyman anası üçün həkimlərin başı olan Mərkəz Əfəndidən dərman istəyir. Mərkəz Əfəndi çörəkotu, xardal toxumu, hind qozu, Hindistan çiçəyi, mixək, istiot, limon duzu, meyan balı, portağal qabığı, zəfəran, darçın kimi bitki və ədviyyatlara su qarışdıraraq qaynadır. Əldə edilən qarışım dərman kimi Hafsa Sultana verilir və o sağalır. Bundan sonra Sultan Süleyman bu qarışımın xalqa paylanmasını istəyir.

Qırx növ ədviyyat və bitki qarışımından hazırlanan Osmanlı məcunu bir çox dərdə dəvadır. Bağırsaqların daha yaxşı çalışmasına rəvac verir. Bədəni qüvvətləndirir, immuniteti ehtiyacı olan mineral və vitaminlərlə təmin edir. Qandakı insulin dirəncinə təbii şəkər verir. Boğazdaki infeksiya və virusları yox edir. Sinir hüceyrələrini gücləndirərək stres ve depressiya riskini azaldır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM