10:50 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Südün sağılmasına dair tarixi dəlillər var

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:44 18.07.2021

 

Bəzi ölkələrdə bir neçə min il əvvəl iribuynuzlu heyvanların sağılmasına dair dəlillər var.

Britaniyada eramızdan 4 min il əvvələ aid olan qədim neolitik qablar aşkarlanıb. Alimlər qablarda parçalanmış yağların analizini aparıblar. Elm adamları İngiltərə və Şimali Avropadakı neolotik əkinçilərin ilkin dövrlərdə süd istehlak edən insanlar olduğu qənaətinə gəliblər. Məlumatlara görə, Avropa cütçülərinin südçülük fəaliyyəti hələ 6000 il əvvəl başlamış ola bilər. Alimlərin fikrincə, südü həzm etmək qabiliyyəti eramızdan əvvəl 5000-4000-ci illər arasında yavaş-yavaş qazanılıb.

Digər məlumatlara görə, eramızdan əvvəl 8000-ci ildə Mesopotamiyada iribuynuzlu heyvanların əhliləşdirilməsinə dair dəlillər var. Eramızdan əvvəl 3000-ci illərdə inəklərin südünün sağılması qədim Şumer sivilizasiyasının əsas hissəsi olub. Arxeoloji dəlillər göstərir ki, qədim şumerlər inək südü içiblər, onlar inək südünü pendirə və yağa çevirə biliblər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM