Südün orqanizmə təsiri
Süd yeni doğulmuş canlıların əksəriyyətinin ilk qida mənbəyidir. Digər canlılar kimi insanlar da ilk dəfə ana südü ilə qidalanmağa başlayırlar. Ana südü tərkib baxımından unikal və tam əvəzedilməz qida maddəsi hesab edilir. Orqanizm formalaşdıqca ana südünə olan tələbat azalır və digər qida məhsulları ilə tanışlıq başlayır. Lakin həyatın sonrakı mərhələlərində də alternativ mənbələrdən süd məhsullarının qəbulu davam edir. Ən çox istifadə olunan isə inək südüdür.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Abdul Etibaroğlu və Nərmin Axundovanın hazırladıqları maarifləndirici məqalədə məlumat verilir.
İnək südü yağ, protein, D vitamini, kalsium, B12 vitamini, kalium, fosfor kimi elementlərlə zəngindir. Qeyd edək ki, südün tərkibində olan B12 və D vitamininə əksər qidalarda rast gəlinmir. İnəyin qidalandığı otlardan toplanan linoleik və Omega-3 turşuları onun südünə ifraz edir ki, belə məhsulun da istehlakı diabet və ürək-damar problemi olanlar üçün faydalıdır. Həmçinin sağlamlıq üçün vacib sayılan 9 amin turşunu ehtiva etdiyinə görə süd protein mənbəyi hesab olunur. Xüsusən də südün tərkibində rast gəlinən kazein və vey proteinlərindən əksər idmançılar istifadə edir. Həmin proteinlər əzələ kütləsini artırır və idman zamanı enerji ilə təmin edir.
Süd sümüklər üçün faydalı hesab olunan kalsium, fosfor, kalium və K2 vitamini ilə zəngindir. Orqanizmin kalsium ehtiyatının 99 faizi sümüklərdə cəmləşir. Mütəmadi süd istehlakı sümük kövrəkliyinin və qırılmasının qarşısının alınmasında böyük faydaya malikdir. Xüsusilə də qadınların proteinlərlə qidalanması sümüyün möhkəmlənməsində mühüm rol oynayır.
Südün həzm prosesi mədədə başlayır. Mədədə pepsin adlanan enzim kazein və vey proteinlərini, lingual lipaza isə südün tərkibindəki yağları parçalayıb nazik bağırsağa ötürür. Burada isə proteaza və lipazalar tərəfindən daha kiçik hissələrə parçalanır. Öd kisəsində toplanan öd turşusu da yağların həzm edilməsini asanlaşdırmaq üçün nazik bağırsağın bir hissəsi olan onikibarmaq bağırsağa ötürülür. Nazik bağırsaqda laktoza adlanan enzim laktozanı monosaxaridə (qlükoza və qalaktozaya) parçalayır. Növbəti mərhələdə monosaxaridlər, peptidlər, amin turşuları və kalsium ionları kimi kiçik ölçülü metobolitlər qaraciyərə sovrulur və qan vasitəsilə bədənin müxtəlif hissələrinə ötürülür. Həzm edilməyən laktoza isə yoğun bağırsağa sovrulur.
Laktoza süd və süd məhsullarının əsas tərkib hissəsidir. Laktoza həssaslığı isə süd istehlakı zamanı diareya, qarın ağrısı və qazın toplanması ilə müşahidə edilən sindromdur. Bu, laktoza parçalayan xüsusi bir ferment olan laktaza enziminin çatışmazlığı nəticəsində yaranır. Laktoza enziminin miqdarı uşaqlarda maksimum səviyyədə olur, böyüdükcə isə nisbətən azalır. Ona görə də südün həzmediciliyi uşaqlarda daha yaxşı gedir. Qeyd edək ki, Avropa, Qərbi Asiya və bəzi Şərqi Afrika ölkələrinin yerli sakinlərində laktoz dözümlülüyü var, yəni onlarda yaş artdıqca laktoza həssaslığı problemi meydana çıxmır.
Laktoza həssaslığı özünü bir neçə formada göstərə bilər:
- Hipolaktasiya - yaşlandıqca laktoza enziminin aktivliyinin azalmasıdır və bu, körpələr ana südündən normal qidaya keçdikləri dövrdə də müşahidə edilə bilər.
- İkincili hipolaktasiya – zamanı laktoza dözümlülüyü olan uşaqlar, yeniyetmələr və gənclər bakteriya və ya inək südündəki proteinlərin səbəb olduğu iltihab problemi ilə qarşılaşa bilərlər. Qeyd edək ki, bu növ hipolaktasiya probleminin rahatlıqla aradan qaldırılması mümkündür. Bunun üçün problemi yaradan səbəblər araşdırılmalı və laktoza miqdarı az olan qidalar qəbul edilməlidir.
Yaşın artması, etnik kimlik (genetik faktor), erkən doğulan uşaqların həzm sistemi, nazik bağırsaqda baş verən xəstəliklər, həzm sistemi orqanlarında olan xərçəng xəstəliyinin müalicəsi zamanı yan təsirlər və digər amillər də laktoza həssaslığına təsir edə bilir.
Laktoza həssaslığı bəzən süd allergiyası ilə qarışdırılır. Südə qarşı olan allergiya immun sistemin südün tərkibindəki bir və ya bir neçə proteinə qarşı göstərdiyi müqavimətdir. Bu növ allergiyaların simptomları laktoza həssaslığı ilə eyni olsa da, qaşınma və yuxarı tənəffüs yollarında problemlər yaşana bilər. Həmin növ allergiyalara yalnız 2-3 faiz uşaqlarda rast gəlinir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!