16:21 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sudanda uğursuz hərbi çevriliş cəhdi olub
ANA SƏHİFƏ / DÜNYA
17:38 21.09.2021

 

Sudanın paytaxtı Xartumda bir qrup hərbçi uğursuz çevriliş cəhdi edib. Bu zaman dövlət televiziyası və radio kanalları təcili xəbərləri bildirmək üçün yayımı dayandırıblar və xalqı çevriliş cəhdlərinə qarşı durmağa çağırıblar. Bu barədə yerli KİV xəbər verib.

Rəsmi mənbələr Omdurman rayonunda bir qrup hərbi qulluqçunun hərbi-nəqliyyat vasitələrini ələ keçirdiyini qeyd edirlər. Sudan Suveren Şurasının nümayəndəsi Məhəmməd al-Fəqi Süleyman Facebook-da vəziyyətin nəzarətdə olduğunu bildirib, vətəndaşları ölkəni və keçid dövrünü müdafiə etməyə çağırıb.

“Əl-Cəzirə” telekanalının xəbərinə görə, Sudanda çevriliş etmək istəyən zabitləri həbs ediblər. 40-dan artıq hərbçi tutulub, hakimiyyət qiyamı yatırıb.

Şübhəlilərin həbsi və dindirilməsi davam edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM