12:46 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Süd Yolunun mərkəzində parlaqlığı 97 faiz sönən nəhəng ulduz aşkarlanıb
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
11:08 12.06.2021

Astronomlar Süd Yolunun mərkəzində parlaqlığı periodik olaraq 97 faiz sönən və bu səviyyədə təqribən bir il qalan nəhəng ulduz kəşf ediblər. Alimlər bunun səbəbini hələ ki izah edə bilmirlər. Qeyri-adi obyektin təsvirinə dair məqalə “Monthly Notices of the Royal Astronomical Society” elmi jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ulduzu Edinburq Universitetindən Sergey Koposov və onun həmkarları aşkar ediblər. Onlar VISTA teleskopunun son 17 ildə çəkdiyi fotoları xüsusi alqoritmin köməyilə tədqiq ediblər. Teleskop optik və infraqırmızı diapazonlarda eyni vaxtda işləyir ki, bunun nəticəsində Qalaktikanın mərkəzində toz topalarının altında qalmış obyektləri görmək mümkün olur. Alimlərin yaratdığı alqoritm parlaqlığı çox kəskin zəifləyən obyektləri izləyir. Bu yolla astronomlar yeni dəyişən ulduzları tapmağa çalışıblar. Belə obyektlərin “döyünməsi” nəticəsində alimlər uzaq obyektlərədək dəqiq məsafələri hesablaya biliblər.

Alimlərin diqqətini bu alqoritmin kəşf etdiyi VVV-WIT-08 obyekti cəlb edib. O, Oxatan və Əqrəb bürclərinin qovuşuğunda yerləşir. Müşahidələrə görə, bu nəhəng, qırmızı ulduzun parlaqlığı 2011-ci ilin ikinci yarısında birdən-birə 97 faiz zəifləyib. 2012-ci ilin ortasında astronomlar müşahidə ediblər ki, onun parlaqlığı əvvəlki halına qayıdıb. Alimlər bu müşahidəni qravitasiya linzalarının axtarışı üzrə layihənin (OGLE) məlumatlarından istifadə edərək yenidən yoxlayıblar. Həmin vaxt eyni sahəni müşahidə edən OGLE-nin də məlumatları VVV-WIT-08 obyektinin parlaqlığının sönməsini təsdiqləyib.

Alimlər bunun baş verməsi səbəbini və bənzər hadisənin nə vaxt təkrarlana biləcəyini dəqiq deyə bilmirlər.

Astronomlar güman edirlər ki, VVV-WIT-08 obyekti TYC 2505-672-1-in tam analoqudur. VVV-WIT-08 qırmızı nəhəngdən və ağ cırtdandan ibarətdir ki, nəhəng toz buludu ilə əhatə olunub. Bu qaz və materiya yığını ikinci ulduzu periodik örtür ki, nəticədə parlaqlıq, demək olar, sıfıra düşür. Belə “tutulma” təqribən 3,5 il davam edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM