20 Sentyabr 2021 21:40
899
İQTİSADİYYAT
A- A+

Strateji valyuta ehtiyatları 53,2 milyard dollar səviyyəsinə yüksəlib

 

Son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaradıb. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6 faiz artacağını proqnozlaşdırır.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilib. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmayıb. Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələyib. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir. I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1,9 milyard ABŞ dolları və ya ümumi daxili məhsulun 8 faizi səviyyəsində profisit olub. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.

Strateji valyuta ehtiyatları 8 ayda 4,8 faiz (2,4 milyard ABŞ dolları) artaraq 53,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb. Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85 faizində təklif tələbi üstələyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video