23 Oktyabr 2021 00:57
821
Mədəniyyət
A- A+

Söz var ki...

Vətənə, xalqa, torpağa məhəbbət, sevgiyə inam “Həsrətimin yaşı dünya qədərdir” kitabındakı şeirlərin əsas qayəsidir

 

Kitab oxumaq, əslində, sadəcə, mütaliəni sevmək deyil. Kitaba bağlılığı filosoflar iki cəhətdən izah ediblər. Birincisi, kitab oxumaq mədəniyyətdir. Hər kəs mütaliyə ilə həm dünyagörüşünü artırır, həm zövqünü formalaşdırır, həm də kamillik zirvəsinə ucalmağın bir yolunu da tapır. İkincisi isə, deyirlər ki, əlində qələm, qəlbində hələ dil açmamış kəlamları olanlar da fitrətdən sözə vurğun yaranırlar. Onlar kitab oxumağa həvəsli, hətta fanat da ola bilirlər.

Kitabları ilə geniş oxucu auditoriyasında çoxdan imzasını tanıdan və sevdirən müəlliflərdən biri də Milli Məclisin deputatı, şair-publisist Tahir Rzadır. O, bu günlərdə oxucu görüşünə daha bir yeni - “Həsrətimin yaşı dünya qədərdir” kitabı ilə gəlib.

Tahir Rzayev (Tahir Rza) ictimai-siyasi fəaliyyəti ilə yanaşı, uzun illərdir elmi-bədii yaradıcılıqla da məşğuldur. Çoxsaylı məqalələrin, 20-dən artıq kitabın müəllifidir.

Vətənə, xalqa, torpağa məhəbbət, insanlığa hörmət və sədaqət, nadanlığa, zülmə, yalana nifrət, haqqa-ədalətə çağırış şairin şeirlərinin əsas qayəsi və mövzusudur.

Möhtəşəm Qələbəmizdən öncə və sonra qələmə alınmış şeirlərində müəllifin torpaq həsrəti duyulmaqla bərabər, həm də daha böyük zəfərlərimizə inam əks olunur.

Maraqlıdır, özü neçə-neçə kitabın müəllifi olan şair mütaliəni necə, sevirmi? Bu suala Tahir Rzanın cavabı maraqlıdır: “Hər gün mütaliə etmək insanın dünyagörüşünü formalaşdırması baxımından əhəmiyyətlidir. Nəinki gündəlik mətbuatı izləmək, müxtəlif xəbərlərlə tanış olmaq, həm də bədii ədəbiyyat oxumaq normal insanın ənənəvi tələbatıdır. Gündəlik bir neçə qəzeti oxumadan, internetdən, sosial şəbəkələrdən xəbərləri izləmədən keçinə bilmirəm. Maraqlı yazıları təhlil edirəm. Özüm də müntəzəm olaraq bədii-publisist məqalələrlə qəzet səhifələrində çıxış edirəm. Qanun yaradıcılığı, insanlarla görüşlər, müxtəlif tədbirlər vaxtımın çoxunu alsa da, bədii yaradıcılığı, yeni əsərləri mütaliə etməyi də unutmuram. Bu il iki kitabım işıq üzü görüb. Elmi, bədii-publisist məqalələrim çap olunub”.

Şairin yeni nəşrinin də seviləcəyi və oxunacağına şübhə yoxdur. Çünki bu kitabda bir-birindən dəyərli, aktuallığı ilə oxucunu daha çox çəkən mövzular lirik düşüncələrlə müşahidə olunur.

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video