06:53 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sönməyə qoymayaq
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:08 19.08.2018

 

Kənddə doğulub boya-başa çatsam da, gənclik illərimdə mən də şəhərdə yaşamaq fikrinə düşdüm. Hərbi xidməti başa vurandan sonra Bakıdakı zavodların birində işə düzəldim. İnstitutun axşam şöbəsində oxuyub ali təhsil aldım, ailə qurdum, özümə ev-eşik yaratdım. Amma ayağımı kənddən kəsmədim, tez-tez baş çəkdim, xeyir-şərində iştirak etdim.

Təqaüdə çıxandan sonra qərara gəldim ki, birdəfəlik kəndə qayıdım. Artıq üç ildir ki, kənddəyəm. Yaşım da 70-i haqlayıb. İki oğlum və bir qızım var. Nəvələrim bura gələndə getmək istəmirlər. Əlbəttə, buz bulaqları, yaşıl meşəsi, sərin və təmiz havası olan yerdən kim ayrılmaq istəyər?

Bunları yazmaqda məqsədim başqadır. Bizim Gültəpə kəndində  elə ev var ki, qapısı illərlə açılmır, eləsi də var ki, uçmaq ərəfəsindədir. Deyirlər ki, ata ocağına biganə qalanları Allah da sevməz. Mən üzümü o kəslərə tutub deyirəm: bu kənddə yaşamaq üçün hər cür şərait var. Ata yurdun çırağını sönməyə qoymayın. Belədə o yurdları qurub dünyadan köçənlərin də ruhu şad olar.

 

Nurəhməd QARAYEV,

Quba rayonunun Gültəpə kəndi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM