21 Oktyabr 2021 01:56
1242
ELANLAR
A- A+

Son bir ilə yaxın müddətdə “Azercell” könüllüləri” minlərlə ailəni sevindirib

 

Cari ilin 9 ayını artıq geridə qoyduq. Ötən il Vətən müharibəsində Silahlı Qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrildi. Xalqımız yumruq kimi birləşərək və şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa oldu. Hər kəsin Vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri” xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. “Azercell” əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.

“Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyi ilə ölkə üzrə ümumilikdə 500-dən çox uşağa məhz özlərinin istədiyi hədiyyələr təqdim olunub.

Gələcəyimiz olan körpələrimiz 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də “Azercell”in könüllüləri tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.

“Azercell könüllüləri” uşaqlarla yanaşı, Vətən müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi ailəsinə, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

Eyni zamanda könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.

Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında kömək göstəriblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər.

20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfələrini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək olur. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək “Azercell könüllüləri” üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. “Azercell könüllüləri” keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürlərini bildirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video