23:23 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Siyasi partiyaların nümayəndələrinin koronavirus əleyhinə vaksinasiyası aparılır

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:09 24.02.2021

 

Siyasi partiyaların nümayəndələrinin koronavirus əleyhinə vaksinasiyası aparılır. AZƏRTAC xəbər verir ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında siyasi partiyaların nümayəndələrinin vaksinasiyası aparılır.

M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının həkim-reanimatoloqu Samirə Ağalarova mətbuat nümayəndələrinə bildirib ki, hazırda 7 siyasi partiyanın sədrləri və nümayəndələri olmaqla, ümumilikdə 22 nəfər vaksinasiyadan keçib. Vaksinin heç bir əks təsiri olmadığını deyən həkim vaksinasiyanın əhalimizin sağlamlığının qorunması üçün mühüm olduğunu qeyd edib. Bildirib ki, COVID-19 virusuna qarşı mübarizədə vaksinləşmə olduqca önəmlidir.

Həkim bildirib ki, Azərbaycan dövləti ilk gündən vətəndaşlarının sağlamlıqlarının qorunması üçün virusa qarşı ciddi mübarizə aparıb. Vaksinləşmə prosesi də bu prosesin əsas tərkib hissəsidir.

Vaksinasiyadan keçən siyasi partiya rəhbərləri və nümayəndələri koronavirusla mübarizədə peyvəndləmənin əhəmiyyətini qeyd edib, bütün vətəndaşlarımızın bu prosesdə iştirakının vacibliyini vurğulayıblar. Onlar vaksinasiyanın tam təhlükəsiz olduğunu ifadə ediblər. 

Qeyd edək ki, Azərbaycanda yanvarın

18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bugünə qədər 200 mindən çox vətəndaş vaksinasiya edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM