21 Iyun 2019 17:31
1303
Səhiyyə
A- A+

Şişə düzgün yeridilmiş kurkumin xərçəngi 11 gün ərzində məhv edib


Bir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.

AZƏRTAC "Xaytek+”ə istinadla xəbər verir ki, bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur. Amma alimlər kurkuminin bu xüsusiyyətini uzun illər irimiqyaslı tədqiqatlara tətbiq edə bilməyiblər, çünki maddə peroral qəbul olunarkən orqanizm tərəfindən xərçənglə mübarizə apara biləcək qədər mənimsənilmir. Amerika alimləri kurkuminin xərçəng hüceyrələrinə yeridilməsinin üsulunu tapıblar. Bu üsul osteosarkoma hüceyrələrinin nümunəsində 100 faiz səmərəli olduğunu sübuta yetirib. Vaşinqton Universitetinin bir qrup alimi dərman üçün xüsusi kapsul və karkas işləyib hazırlayıb. Kapsulun və ya karkasın içində olan kurkumin orqanizmdə hərəkət edərkən öz xüsusiyyətlərini itirmir və yalnız şişlə təmas zamanı qişasından azad olur.

Karkas müəyyən qədər məsaməli kalsium fosfatdan 3D-printerdə çap edilib, kapsul isə piy molekullarından yaradılıb.

Belə texnologiya konkret pasiyent üçün implantlar hazırlamağa, karkasın insan toxumasına inteqrasiyasını təmin etməyə imkan verir.

Sonra alimlər bu texnologiyanı osteosarkoma hüceyrələrində sınaqdan keçiriblər.

Müalicə xərçəng hüceyrələrinin inkişafını 11 gün ərzində 96 faiz yavaşıdıb, habelə sağlam sümük toxuması hüceyrələrinin inkişafına kömək edib. Kurkumin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə bərabər, əmələgətirici osteogen xüsusiyyətlərə də malikdir.

Testin sınaqları sümük xərçəngin terapiyasına, şiş kəsilib götürüləndən sonra sümük qüsurlarının bərpasına yeni imkanlar açır.

ABŞ-dan olan digər tədqiqatçılar qrupu isə kurkuminin qan dövranında hərəkət etməsi üçün onu suda həll etməyin üsulunu tapıb. Bu texnologiya da klinikadan əvvəlki tədqiqatlarda səmərəli olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video