04 Mart 2021 14:51
524
CƏMİYYƏT
A- A+

Şirvanda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib  

 

Martın 4-də Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, konfransdan əvvəl Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransını Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq şəhərdə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin böyük izdihamla təşkil edilməsindən, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrlə aparılan işlərdən, onlara göstərilən diqqət və qayğıdan, Şəhidlər xiyabanında görülən abadlıq-quruculuq işlərindən, Vətən müharibəsinin şəhidləri üçün qəbirüstü abidələrin ucaldılmasından danışıb. Yaralı qazilərə Şirvan şəhərində yerləşən xəstəxanalarda göstərilən tibbi xidmətdən, koronavirus infeksiyasına qarşı aparılan mübarizədən, əhalinin maarifləndirilməsi, vaksinasiya olunması sahəsində görülən işlərdən danışdı. Ağsaqqalları görülən işlərdə daha fəal iştirak etməyə çağırdı.

Konfransda çıxış edən Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə ağsaqqal hərəkatının tarixindən, ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, nüfuzlu ağsaqqal kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Akademik Əhliman Əmiraslanov ölkəmizə qara yaxmağa çalışanlara qarşı ağsaqqalların fəal münasibət bildirmələrini, əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini bildirib.

Konfransda Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov hesabat-məruzəsi ilə çıxış edib. O Şuranın hesabat dövründə gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara, ağbirçəklərə göstərdikləri diqqət və qayğını, onların bütün ağsaqqallara örnək, nümunə olan fəaliyyətlərini qeyd edib. Sonra Şirvan şəhər Ağsaqqallar Şurasının yeni tərkibi seçildi. Konfrans Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video