Şimali Kiprdə Uluslararası Folklor Konfransı keçirilmişdir
Bir neçə ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu "Ortaq türk keçmişindən Ortaq türk gələcəyinə" devizi altında Uluslararası Folklor Konfransı keçirir. İndiyə kimi Bakıda bu deviz altında 6 konfrans keçirilmişdir.
Ötən il növbəti konfransın Doğu Ağdəniz Universiteti ilə Folklor İnstitutunun birgə təşkil etmələri qərara alınmışdı. Ona görə də konfransa bu dəfə ev sahibliyini Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universiteti öz üzərinə götürmüşdü. Azərbaycanlı folklorşünas alimlərin də iştirak etdiyi altıncı konfransda dastanlar, yeddinci tədbirdə isə nağılları araşdırma müzakirələrin əsas mövzusu olmuşdur. Azərbaycan Respublikasının dövlət himni ilə işinə başlayan konfransı Doğu Ağdəniz Universitetinin türkcə tədris bölümünün müdiri, dosent Vüqar Sultanzadə açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Sonra təşkilatçı tərəflərdən birinin nümayəndəsi kimi, konfransı altı dəfə Bakıda təşkil etmiş AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov müəyyən dövrdə bir-birindən uzaq düşmüş türk xalqlarının yaxınlaşmasında, onların aralarındakı əlaqələrin daha da möhkəmləndirilməsində böyük rol oynadığından bəhs etmiş, ortaq türk keçmişinin bazası üstündə ortaq türk gələcəyini qurmaq işində bu kimi folklor toplantılarının vacibliyini xüsusi vurğulamışdır. Azərbaycanlı folklorşünas alim Bakıdan gətirdiyi suvenir at heykəlciyini Doğu Ağdəniz Universitetinin elmi işlər üzrə rektor köməkçisi, professor Osman Yılmaza təqdim etmişdir. O, bu hədiyyənin təsadüfi seçilmədiyini, "at muraddır" deyimini xatırlatmış, dünya türklərinin muradlarına çatmalarını arzulamışdır.
Muxtar İmanov "Nağıllarda yalançı qəhrəman", türkiyəli folklorşünas alim Nurəddin Dəmirin "Dialektologiya və nağıllar: Kipr, Anadolu və Azərbaycan nağıllarının dili haqqında" mövzularına həsr olunmuş çıxışları tədbir iştirakçılarında geniş maraq doğurmuşdur. Bu maraq ondan irəli gəlmişdir ki, folklorşünas öz araşdırmalarında Azərbaycan nağıllarına geniş yer ayırmışdır.
Azərbaycanla bağlandığına görə, Mustafa Göyçəoğlunun "Kipr Türk və Azərbaycan nağıllarının ortaq özəllikləri" mövzusundakı çıxışını da xüsusi qeyd etməyə dəyər.
Nailə Əbilovanın, Sənubər Abdullayevanın, Adil Cəmilin, Roza Eyvazovanın, Baba Məhərrəmlinin, İslam Sadığın, Vəfa İsgəndərovanın, Nizami Muradoğlunun, Ləman Süleymanovanın, həmçinin Doğu Ağdəniz Universitetinin müəllimi Elnarə Bəşirovanın çıxışları da daxil olmaqla, azərbaycanlı alimlərin məruzələri konfrans iştirakçılarında böyük maraq doğurmuşdur. Bəzi mövzular ətrafında daha geniş diskussiya aparılmış, alimlər tələbələrin suallarını cavablandırmışlar. Türkiyəli və kiprli alimlər azərbaycanlı həmkarlarının geniş dünyagörüşünə malik olmalarını söyləmiş, bunun ortaq türk keçmişindən gələcəyə mənəvi körpü olduğunu bildirmişlər.
Konfransın bağlanışında Vüqar Sultanzadə və AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov türkiyəli həmkarlarının fikirlərini bölüşdüklərini dilə gətirmiş, Nurəddin Dəmir isə qarşıdan gələn il Bakıda keçiriləcək növbəti, səkkizinci konfransın "Folklorda söyləyici, toplayıcı problemləri"nə həsr ediləcəyini bildirmişdir.
İslam SADIQ
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!