28 Dekabr 2011 01:12
307
SİYASƏT
A- A+

Şeyxülislam Paşazadə: Fransa parlamentinin qərarı təkcə Türkiyəyə deyil, bütün türk dünyasına qarşı məqsədyönlü fitnəkarlıqdır

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransa Prezidenti Nikola Sarkoziyə və Fransa Senatının üzvlərinə müraciət ünvanlamışdır.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müraciətdə bölgə dindarlarının, o cümlədən Azərbaycan müsəlmanlarının ümumi narahatlığı ifadə edilmişdir.

İsa Peyğəmbərin "Mühakimə etməyin, mühakimə olunarsınız!" kəlamının yer aldığı müraciətdə Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının beşiyi sayılan Fransanın Milli Assambleyası tərəfindən son dərəcə ziddiyyətli və təhlükəli bir qərarın - qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi təəssüflə vurğulanmışdır.  Bildirilmişdir ki, erməni lobbisinin təhriki ilə Fransa Milli Assambleyasının bir neçə üzvünün səs verdiyi bu qərar sülhün və ədalətin möhkəmlənməsinə yox, tarixin saxtalaşdırılmasına, nifrətin kəskinləşməsinə yönəlmiş təxribatdır. Qafqaz müsəlmanları bu qərarı təkcə Türkiyə Cümhuriyyətinə deyil, həm də bütün türk dünyasına qarşı məqsədyönlü fitnəkarlıq kimi qiymətləndirir. Biz 2001-ci ildə Fransa qondarma erməni soyqırımını rəsmən tanıyarkən də öz qəti etirazımızı bildirmişdik. İndi isə bu, tarixi dəlillərlə isbatlanmayan "soyqırımı" inkar edənlərə qarşı qanunvericilik səviyyəsində cəzanın tətbiqi kimi absurd bir məsələnin müzakirəsini qərəzli təəssübkeşlik kimi dəyərləndiririk.

Müraciətdə Senatın ədalətsiz qərarının ziddiyyətinin onun insan hüquqlarına qarşı antidemokratik mahiyyətində olduğu qeyd edilmişdir. "Düşüncə, fikir və ifadə azadlığı əleyhinə yönəldilmiş bu qanun mənəvi diktat vəziyyəti yaradır. Ədalət, demokratiya və ümumbəşəri prinsiplərə uyğun gəlməyən bu qərar böyük fəsadlara və faciələrə yol aça bilər. Biz, din xadimləri, bu mənəvi təhrikin təhlükəli inkişafını qabaqcadan diqqətinizə çatdırmağı Rəbbimiz və bəşəriyyət qarşısında müqəddəs borcumuz sayırıq. Bu qərarın təhlükəsi onun fəlakətli sonluğundadır, çünki mahiyyəti etibarilə türk-erməni münasibətlərində mübahisə mövzusu olan problem yalnız millətlərarası deyil, dinlərarası zəmində qarşıdurma müstəvisinə keçə, qlobal xristian-müsəlman toqquşmasına çevrilə bilər. Bəşəriyyətin qan yaddaşına münasibətdə də ikili yanaşmaya nümunə ola biləcək antitürk məzmunlu bu qərar antimüsəlman təbliğatının tərkib hissəsi ola bilər. Bu dini təəssübkeşlik faktı milyonlarla insanın, o cümlədən müsəlmanların Fransa haqqında xoş təsəvvürlərinə zərbə vurur. Belə ki, 1992-ci ilin fevralında Azərbaycan şəhəri olan Xocalıda erməni təcavüzkarları tərəfindən soyqırımı həyata keçirilərkən Fransa parlamenti etiraz səsini ucaltmamışdı. Halbuki ən yeni tarixin bu qanlı faciəsinin canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri belə mövcuddur. Xocalı soyqırımı öz ədalətli qiymətini bugünədək gözlədiyi halda, Fransa parlamentinin belə bir addım atması dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni soyqırımlarına, yeni təcavüzkarlıq aktlarına rəvac verir", - deyə müraciətdə vurğulanmışdır.

Müraciətdə qeyd olunmuşdur ki, Fransa parlamenti bu qərarı qəbul etməklə Qafqazdakı münaqişələri sülh yolu ilə nizamlama proseslərinin taleyini də sual altına qoymuşdur. Ümid edirik ki, milyonlarla insanın etirazı nəzərə alınacaq və Fransa dövləti bütün dünyaya həqiqət və ədalət ideallarına sədaqətini, sülhə xidmət niyyətlərini əyani nümayiş etdirəcəkdir. Bir din xadimi kimi bu növ qərarların acı fəsadlara səbəb olacağını əvvəlcədən duyur, sizi və Senat üzvlərini bütün dünya dinlərinin təməl prinsiplərinə və ümumbəşəri dəyərlərə söykənərək haqqın və ədalətin tərəfində olmağa, müzakirələrə xitam verməyə, qərarı təsdiqləməməyə çağırıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video