10 Sentyabr 2021 16:55
697
CƏMİYYƏT
A- A+

Şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfər edəcək

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliya Respublikasının G20-də sədrliyi çərçivəsində həmin ölkənin milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən, sentyabrın 12-14-də Bolonya şəhərində keçiriləcək “G20 VIII Dinlərarası Forum”da iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək Forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, dini liderlərin, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli alim və ictimai xadimlərin iştirakı planlaşdırılır.

VIII Dinlərarası Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və s. bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə ediləcək.

Forumda Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadənin məruzə ilə çıxışı nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video