14 Sentyabr 2021 11:38
647
CƏMİYYƏT
A- A+

Şeyxülislam Allahşükür Paşazadə Bolonyada İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi ilə görüşüb

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin şəxsi nümayəndəsi Məhəmməd Əbdül Salam ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QMİ sədri Azərbaycanın 30 il ərzində Ermənistan əsarətində olan torpaqlarını işğaldan azad etdiyini deyib, ermənilərin həmin ərazilərdəki vandalizm aktlarından danışıb, düşmən tərəfindən 67 məsciddən 64-nün tamamilə məhv edildiyini, məzarların dağıdıldığını vurğulayıb.

Şeyxülislam Azərbaycanın azad etdiyi ərazilərdə hazırda dini-mədəni abidələrin bərpasını həyata keçirdiyini, bütövlükdə bu ərazilərdə geniş quruculuq və yenidənqurma işlərinin aparıldığını bildirib.

QMİ sədri 44 günlük Vətən müharibəsi dövründə Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin ölkəmizə dəstəyini xüsusilə vurğulayıb.

Şeyxülislam Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibi Azərbaycana dəvət etdiyini və bu dəvətini bir daha yenilədiyini deyib.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi QMİ sədrindən Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıqlarından məmnunluğunu bildirib. Məhəmməd Əbdül Salam şeyxülislamı Misirə səfərə dəvət edib.

Baş katib Azərbaycana səfərini və şeyxülislamla bir daha görüşünü səbirsizliklə gözlədiyini deyib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video