29 Sentyabr 2011 06:09
680
Mədəniyyət
A- A+

«Şeytan işığı»nın zülməti

 

Azərbaycan  ədəbiyyatında bir çox povest və hekayələrin müəllifi kimi  imzası qəbul olunan, dünya klassiklərinin ədəbi nümunələrini orijinaldan dilimizə çevirən tərcüməçi və yazıçı Kamran Nəzirlinin  "Şeytan işığı" pyesi özünün səhnə ömrünü yaşamağa başlayıb. Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü məhz bu tamaşanın premyerası ilə açıb.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran  Quliyev, səhnə tərtibatçısı teatrın rejissoru Adil Zeynalov, quruluşçu rəssam, Naxçıvan Muxtar Respublikanın əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

"Şeytan işığı"nın zülmətində xalq artisti Qabil Quliyev, aktyorlardan Qızılgül Quliyeva, Aynur Əhmədova, Zemfira Nəcəfova, Məqsudə Əliyeva, Sücəddin Mirzəyev, Niftulla Əsgərov və  digər səhnə  fədailərinin yaratdığı obrazlar parlayır.

Əsərin mövzusu bugünkü həyatımızda  baş verən hadisələrdən götürülüb: müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda Azərbaycan vətəndaşlarının mübarizəsi dramatik şəkildə ortaya qoyulur.  Əsas "qəhrəmanlar" sayılan Con ilə Fira müxtəlif dünyaları təmsil edirlər.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video