10:44 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini açıqlayıb
ANA SƏHİFƏ / DÜNYA
15:10 10.05.2021

 

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti “xüsusi şərtlər” altında həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü deyib. O, bu il keçiriləcək Həcc ziyarətinin detallarını açıqlayaraq qeyd edib ki, ötən il ziyarət məhdud sayda zəvvarın iştirakı ilə təşkil olunub. Bu il isə onların sayının artırılması nəzərdə tutulur. Yeni şərtlərə görə, Həcc ziyarəti zamanı dini ayinlərdə iştirak edəcək yerli sakinlər 7 gün əvvəl ev şəraitində karantin müddəti keçməlidir. Əcnəbi zəvvarlar isə bu müddəti qruplar halında qaldıqları otellərdə keçirəcəklər.

Nazirlik rəsmisi əlavə edib ki, 50 nəfərdən ibarət olacaq zəvvar qruplarına rəhbərlər təyin ediləcək və onlar təhlükəsizlik tədbirləri, o cümlədən qoruyucu maskaların taxılması, sosial məsafəyə riayət olunmasına nəzarət edəcəklər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM