09 Iyun 2014 09:06
317
Elm və texnika
A- A+

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri AMEA-nın Şərqşünaslıq İnstitutunda olmuşlar

İyunun 9-da Səudiyyə Ərəbistanı Parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olmuşlar.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin rəhbərliyi ilə qonaqlar əvvəlcə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva ilə görüşmüşlər.
G. Baxşəliyeva institutda ərəbşünaslıq və islamşünaslıq sahələrində aparılan tədqiqatlardan danışmış, qonaqları son vaxtlar bu sahədə nəşr olunmuş ən mühüm əsərlərlə tanış etmişdir.
Direktor institutun bir sıra ərəb ölkələrinin elmi mərkəzləri ilə əlaqələrindən söz açaraq, bəzi universitetlərlə birgə əməkdaşlığa dair memorandumların imzalandığını qeyd etmişdir.
Şərqşünaslıq İnstitutunda olmalarından məmnun qaldıqlarını söyləyən Abdulla bin Məhəmməd əl-Nasir ölkələrimiz arasında mehriban dostluq münasibətləri fonunda elmi əlaqələrin də genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra qonaqlar Şərqşünaslıq İnstitutunun kollektivi ilə də görüşmüşlər.
Tədbirdə Gövhər Baxşəliyeva bu cür görüşlərin iki ölkə arasında elmi əlaqələrin genişlənməsinə təkan verəcəyini qeyd etmişdir.
Abdulla bin Məhəmməd əl-Nasir ölkələrimiz arasında münasibətlərdən danışmış, tarix boyu ərəblərin və azərbaycanlıların müxtəlif sahələrdə əlaqələrindən söhbət açmışdır.
Görüşdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym də iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video