03:32 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərqdən doğan Günəş

ANA SƏHİFƏ / SİYASƏT
01:52 09.05.2021

 

Heydər Əliyev öz bioqrafiyasını Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevirdiyi kimi, hər bir azərbaycanlının həyatında da dərin və müsbət izlər buraxıb. Hətta onunla bir dəfə də olsun görüşməyən yüz minlərlə insanın belə bu dahi şəxsiyyətlə bağlı dərin təəssüratı, xatirələri var.


Hər il 10 may tarixi gələrkən fərqli hisslər keçiririk. Məhz bu gündə dünyaya gələn dahi və əvəzolunmaz şəxsiyyət Heydər Əliyevə olan sevgimiz bu tarixi bizim üçün sevdirib. Hələ uşaq yaşlarımda olarkən valideynlərimdən adını tez-tez eşitdiyim Heydər Əliyevin nə dərəcədə böyük şəxsiyyət olmasını zamanla özüm də anladım. Özümü şanslı insan hesab edirəm ki, Ümummilli Lider Heydər Əliyev kimi xarizmatik və dahi şəxsiyyətlə eyni əsrdə yaşamışam. Onun sovetlər dövründəki fəaliyyətini böyüklərimizdən eşitsəm də, 1993-cü ildən sonrakı fəaliyyətini canlı olaraq izləmişəm. Yaxşı xatırlayıram, 1993-cü ildə ailəliklə həmişə televizorda Milli Məclisin gərgin keçən iclaslarını izləyir və sonra ailəmizdə, qonşular arasında müzakirələr başlayırdı. Qarabağda ermənilərin törətdikləri vəhşiliklər azmış kimi həmin vaxtlarda xalqımız parçalanmaq, müstəqilliyimiz isə itirilmək təhlükəsi altında idi. Dövlət hakimiyyətinin başında olan təsadüfi adamlar ölkəni elə bir vəziyyətə salmışdılar ki, heç kəs sabahımız barədə nikbin düşünə bilmirdi.
Yaxşı xatırlayıram, kəndimizdə olan toylarda tez-tez avtomat silahlardan havaya atəşlər açılardı. Başıpozuq dəstələr və ayrı-ayrı şəxslər özbaşınalıq edir, hər yerdə dərəbəylik və hakimiyyətsizlik hökm sürürdü. Tez-tez böyüklərimdən bu cümləni eşidirdim: “Bizi ancaq bu vəziyyətdən Heydər Əliyev xilas edə bilər”. 
Heydər Əliyevə və onun ailə üzvlərinə olan sevgimiz o qədər çox idi ki, atam qardaşımın adını İlham qoymuş, hətta vəsiyyətinə uyğun olaraq, qardaşım oğluna da Heydər adı verilmişdi.
Ulu Öndər Heydər Əliyev çox qorxmaz və mərd insan idi. Dəfələrlə çıxışlarında qeyd edirdi ki, o, nə daxildəki, nə də xaricdəkli düşmənlərindən qorxmur. Əgər xatırlayırsınızsa, Surət Hüseynovun hakimiyyətə silah gücünə gəlmək üçün Gəncədə başlatdığı qiyam zamanı Heydər Əliyev heç bir şeydən qorxmayaraq Gəncəyə getdi. Halbuki orada onun həyatına fiziki cəhətdən son qoya bilərdilər. Həmin vaxt ölkədəki qardaş qırğınının qarşısını almaq üçün öz həyatını ortaya qoyan Heydər Əliyev Azərbaycanı nə qədər sevdiyini hamıya nümayiş etdirdi. Məhz özünün dərin zəkası, qorxmazlığı və müdrik siyasi gedişləri ilə dövləti dağılmaqdan, milləti isə parçalanmaqdan xilas etdi. “Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyən Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə və birliyə nail oldu.
Həmin günlərdə Heydər Əliyevin hadisələrə yerində müdaxiləsi olmasaydı, dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət mövcud olmayacaqdı. Heydər Əliyev o qədər geniş dünyagörüşünə, biliyə və təcrübəyə malik idi ki, ona qibtə etməmək mümkün deyildi. Tədbirlərdə dayanmadan, saatlarca yorulmadan, ən əsası isə, Azərbaycan dilində səlis çıxışları daim xalqın müzakirəsində olurdu. İstənilən ixtisas sahibi ilə söhbət edərkən onun necə bir fitri istedad sahibi olduğu bilinirdi. Heydər Əliyev Azərbaycan xalqını dərindən sevirdi. Çıxışlarının birində demişdi: “Əgər hansısa bir namərd gülləsi mənə tuşlanarsa, özüm də, balalarım da Azərbaycanın müstəqilliyi naminə qurban getməyə hazırıq”. Və yaxud “Gülüstan” sarayındakı tədbir zamanı “Azərbaycan” şeirini deyərkən səsinin titrəməsi və gözündən axan yaş onu bizlərə necə sevdirə bilməzdi.
Leyla Əliyeva “Elegiya” şeirində babasını bir dağa bənzətmişdir. Bəli, Heydər Əliyev doğrudan da küləklərin təsir edə bilməyəcəyi möhtəşəm bir zirvə idi. Uca zirvələr isə uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən anlayırıq. Heydər Əliyevin millətimiz qarşısında ən böyük xidmətlərindən biri cənab İlham Əliyev kimi dahi şəxsiyyət yetişdirməsi, özündən sonra xalqımız üçün layiqli varis qoymasıdır. Ümummilli Lider ömrünün son günlərində yazırdı: “Mən İlham Əliyevə özüm qədər inanıram”. O, İlham Əliyevin Azərbaycanı daha parlaq gələcəyə aparacağına əmin idi. Heydər Əliyev həmişə olduğu kimi, bu fikirlərində də tam haqlı çıxdı. İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi.
İllər keçəcək, lakin Heydər Əliyevə olan sevgi heç bir zaman dəyişməyəcək. Çünki dahilər unudulmur, onlar daim xatırlanır və sevilir. Xalqımızın isə Heydər Əliyevə olan sevgisi sonsuz və əbədidir.
 
Ruhiyyə ƏLİYEVA,
Yeni Azərbaycan Partiyasının üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM