11:23 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sərnişinlər köhnə avtobuslarda əziyyət çəkirlər
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:08 28.08.2016

 

Ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf etməkdədir. Keçmişdə insanları əsasən narazı salan nəqliyyat xidməti də bu gün yüksək standartlara cavab verən səviyyəyə qalxmaqdadır. Lakin təəssüflər olsun ki, bəzən bu inkişafı gözdən salan hallar da olur.

Hörmətli redaksiya! Avqust ayının 5-də Bakıya getməli idim. Gəncə avtovağzalına gəlib səhər saat 8-00-da yola çıxan 10-ME-403 nömrəli avtobusa bilet aldım. Əvvala onu deyim ki, avtobus həddindən artıq köhnə idi. Keçib yerimdə oturdum. Bir qədər sonra yola düşdük. Yarım saat keçməmişdi ki, sərnişinlər havasızlıqdan əziyyət çəkməyə başladılar. Sürücüdən avtobusun kondisionerini işə salmasını xahiş edəndə məlum oldu ki,  kondisioner sıradan çıxıb. İndi təsəvvür edin, belə bir şəraitdə sərnişinlər 5 saatlıq yolu  nə zillət çəkib.

Gəncədən Bakıya işləyən avtobuslar köhnə olduğundan bir neçə dəfə belə halın şahidi olmuşam. Görəsən, respublikamızın ikinci böyük şəhəri adlandırdığımız Gəncədən Bakıya, Bakıdan Gəncəyə işləyən avtobuslar nə vaxt yenilənəcək, müasir, təhlükəsiz və komfortlu nəqliyyat vasitələri ilə əvəzlənəcək?! 

 

Ramin İSAYEV,

Gəncə şəhər sakini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM