12:10 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sərmayə iqtisadi inkişafın əsas şərtidir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 30.07.2021

 

6 ayda ölkə üzrə əsas kapitala 5,9 milyard manatdan çox investisiya yatırılıb

 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqini  təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən  bir müddət iqtisadi dinamikada da geriləmə  müşahidə olunur. Buna görə hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır.

Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin sazişin imzalanması ölkəmizin inkişafında müstəsna rol oynadı. Belə ki, müqavilə imzalanandan sonra neft sənayesi ilə yanaşı, bu sahəyə yaxın olan digər istehsal və xidmət sahələrinə də kapital qoyulmağa başlandı. Bu isə tədricən ölkə iqtisadiyyatının bütün sahələrinin canlanmasına imkan verdi. Çünki sonrakı mərhələdə  neftdən əldə edilən gəlirlər, əsasən, iqtisadiyyatın digər sektorlarına yönəldilirdi. İlk növbədə, infrastruktur layihələrinin icrasına böyük miqdarda yatırımlar qoyulurdu. Nəticəsi göz qabağındadır. Bu gün Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəhəng tranzit ölkədir. “Şimal-Cənub” marşrutunda da açar ölkə bizik.  Ələt Beynəlxalq Ticarət Limanı isə regionumuzda ən böyük yükötürücü qabiliyyəti olan nəqliyyat infrastrukturudur.

Azərbaycan beynəlxalq əhəmiyyətlik hava limanlarının sayına görə də regionda liderdir. Bu üzdən beynəlxalq maliyyə təşkilatları və Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünyada mükəmməl nəqliyyat infrastrukturuna malik ölkə kimi dəyərləndirirlər.

Sərmayə qoyuluşunun bir istiqaməti də özəl sektordur. Məlumdur ki, ötən əsrin 90-cı illərində Azərbaycanda sahibkarlar sinfi yenicə formalaşırdı və məhsul istehsalında, xidmətlərin göstərilməsində onların payı çox az idi. Bazar iqtisadiyyatının başlıca tələbi isə özəl sektorun inkişafıdır. Odur ki, sahibkarlara güzəştli kreditlərin verilməsi və digər tədbirlər sayəsində yeni özəl istehsal və xidmət sahələrinin yaradılması üçün kapital qoyuluşu artırıldı. Bununla ölkədə özəl sektorda kiçik, orta, iri istehsal və xidmət sahələri canlanmağa başladı və  nəticədə real sektorda sahibkarların payı dinamik şəkildə artdı.

İndi isə bu sahəyə aid son statistika: Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə açıqladığı rəqəmlərə görə, sənayedə qeyri-dövlət sektorunun payı 81,9 faiz olub. Ümumi istehsalın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Bu dövrdə  ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 919,4 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 34,6 faizi dövlət, 65,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə sərmayələrin 61 faizini təşkil edib. 

Dünya iqtisadiyyatının koronavirus pandemiyası üzündən çətinlik çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşu da davam edir. Belə ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 309,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala qoyulan vəsaitin 2 milyard 37,3 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub. 

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM