15 Dekabr 2011 01:12
389
SİYASƏT
A- A+

Sergey Lebedev: Dağlıq Qarabağ münaqişəsi ümumi ağrımızdır

 

Biz çox ümid edirik ki, Dağlıq Qarabağ probleminin  həlli tapılacaqdır, çünki  iki qonşu dövlət arasında  müharibə, qarşıdurma vəziyyəti anormal haldır.  Bunu hamı başa düşür. İstərdik ki, hər iki dövlət, hər iki xalq  sülh şəraitində yaşasın.

AzərTAc xəbər verir ki, bu sözləri "Qolos Rossii" radiosuna müsahibəsində MDB-nin icraçı katibi Sergey Lebedev  səsləndirmişdir.

İcraçı katib vurğulamışdır ki, MDB bu münaqişənin həllinə imkan daxilində kömək edəcəkdir. Bu, bizim ümumi ağrımızdır. MDB ölkələri mümkün olduğu qədər  kömək etməyə çalışırlar. Bəziləri, məsələn, Rusiya kimi ATƏT-in Minsk qrupunun tərkibində bilavasitə iştirakı ilə, digərləri  Azərbaycan və Ermənistan rəhbərliyi, siyasətçilərlə əlaqə saxlamaq vasitəsilə.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video