09:41 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərəf Malkoç: İşğaldan azad olunmuş ərazilərdə gördüyümüz mənzərə dəhşətlidir
ANA SƏHİFƏ / SİYASƏT
18:53 18.09.2021

 

İşğaldan azad olunan ərazilərdə gördüyümüz mənzərə dəhşətli idi. Binalar tamamilə məhv edilib, dini obyektlər təhqir olunub, məzarlardan insanların sümükləri çıxarılıb. Bütün bunların hamısını hesabatda qeyd edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç işğaldan azad olunmuş ərazilərdə apardıqları faktaraşdırıcı missiyanın nəticələrinə dair keçirilən mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərin əksər hissəsini minalayıb. Minalar insan həyatı üçün çox təhlükəlidir. İşğal başa çatsa da, təcavüzkar Ermənistan minalanmış ərazilərin xəritələrini vermək istəmir. Minalanmış ərazilərin xəritələrinin verilməsi üçün lazımlı işlər görüləcək.

“Biz ötən il oktyabrın 21-23-də - müharibənin davam etdiyi zaman da bölgəyə səfər etmişdik. Bu ziyarət zamanı müharibə bölgəsindən uzaqda yerləşən, mülki əhalinin yaşadığı ərazilərə Ermənistanın raket atması nəticəsində ölənlərin yaxınları ilə görüşmüşdük. O vaxt insan hüquqlarının pozulması ilə bağlı hesabat hazırlayıb BMT, Beynəlxalq Cinayət Məhkəməsinə göndərmişdik. İndiki səfər zamanı isə dağıdılan, məhv edilən tarixi, mədəni abidələrin hansı vəziyyətdə olduğunu, onların bərpasının mümkün olub-olmaması ilə bağlı hesabat hazırlayacağıq. Bu cür təxribatların bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinin diqqətini bura çəkəcəyik. Minalar səbəbindən 1 milyondan çox sakin 30 il sonra öz vətəninə gedə bilmir. Bu problem həllini tapmalıdır. Bir neçə ay əvvəl 2 jurnalist də xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində həyatını itirdi. Bunu bütün dünya gördü. Buna son qoymaq lazımdır”, - deyə Ş.Malkoç əlavə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM