22:15 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərəf Malkoç: Hesabatımızı BMT-yə və bütün insan hüquqları müdafiəçilərinə göndərəcəyik
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:08 16.09.2021

Şuşada olmaq böyük xoşbəxtlikdir. Sabah Ağdam və Tərtərə gedəcəyik. Ermənilər bu yerlərə çoxlu minalar basdırıblar. Bu isə çoxsaylı insan itkisinə və ya yaralanmasına səbəb olur. Ermənistan hələ də bu minaların xəritələrini verməyib. Səfərimizin məqsədi ondan ibarətdir ki, araşdırma aparaq və hesabat hazırlayaraq dünya ictimaiyyətinin Ermənistana təzyiq etməsinə, minalı ərazilərin xəritələrinin Azərbaycana verilməsinə nail olaq.

Bunu sentyabrın 16-da Şuşada səfərdə olan İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.

Şərəf Malkoç bildirib ki, Ermənistan 30 il boyunca işğal altında qalan Şuşa və ətraf ərazilərdə tarixi abidələri, əsərləri məhv edib. “Bunları yerində araşdırıb, həmin abidələri təkrar bərpa etmək üçün də hesabat hazırlayacağıq. Bu tarixi əsərlər 10 ilin, 100 ilin əsərləri deyil. Bu abidələr sadəcə azərbaycanlıların, yaxud Qafqaz xalqlarının deyil, dünyanın mədəni irsidir. Məqsədimiz bu mədəni irsi yenidən dünyaya qazandırmaqdır”, - deyə o vurğulayıb.

Bir müddət öncə İkinci Qarabağ müharibəsində Ermənistanın uzaq mənzilli raketlərlə atəşə tutduğu Gəncə və Mingəçevirdən də hesabat hazırladıqlarını xatırladan Şərəf Malkoç deyib: “İƏT-in Ombudsmanlar Assosiasiyası insan hüquqları qurumu olaraq, bu məsuliyyəti hiss edir. Hazırlayacağımız hesabatı BMT-yə və bütün insan hüquqları müdafiəçilərinə göndərəcəyik. Ümid edirəm ki, bunun müsbət təsiri olacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM