01 Iyul 2021 11:14
845
İDMAN
A- A+

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa üçüncüsü olub  

Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ilk 3 günündə güləşin bu növü üzrə mübarizə baş tutub. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Avropa çempionatına qatılan millimiz uğurlu çıxışla azarkeşləri sevindirib. Belə ki, güləşçilərimizdən dördü fəxri kürsüyə qalxıb. Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) isə ikinci yeri tutub.

Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci pillədə qərarlaşıblar.

Sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilmişdi. Komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video